• 28 Mart 2024

Sən üstünə düşəni elə, gerisini Allaha həvalə et!

Allaha-TevekkulSəbirsiz və tələsikən şəxslər, əzm sahibi ola bilməz və nəticə əldə edə bilməzlər. Əzm səviyyəsində iradəni ortaya qoymadan təvəkkül (Allaha güvənib dayanma) iddiasını güdənlər, yenə müvəffəq ola bilməyəcəklər. Çünki təvəkkülün əvvəli, əzm səviyyəsində bir qabaqcıl hazırlıqdır.

İnsanın gücü qüdrəti nədir? Harada başlayır və harada bitir? İstədiyi hər şeyi əldə etmə imkanına sahib ola bilərmi? Yoxsa əlindən bir şey gəlməyən aciz və zavallı bir varlıqdırmı? Bütün bu suallar, tarix boyunca insanoğlunun gündəmini məşğul etmiş və etməkdədir.

Bəli, insanın hər şeyə gücü kifayət etmir. Sahib olduğu istedad və qüdrəti də Allahın ona lütf və ikramıdır. Öz nəfsinə deyil də Allahın kömək və inayətinə güvənərək yola çıxan kəslərə nələr lütfediləcəyini qabaqcadan bilmək də qeyri-mümkündür. Bu inanc, insanı acizlikdən, ümidsizlikdən, çarəsizlikdən və zavallılıqtan qurtardığı kimi, onu bütləşdirməkdən də qoruyur. Kimə nə verilmiş isə məsuliyyət çərçivəsi də o qədərdir. Ancaq nə verildiyinin kəşfi və daha nələr verilebiləcəyinin təyini asan deyildir. Bu qaranlıq sahənin işıqlandırılması lazımdır. Burada ilahi rəhbərlik imdadımıza yetişməktədir:

“… Bir dəfə də qərara gəldikdə, artıq Allaha təvəkkül et, (ona təvəkkül). Şübhəsiz ki, Allah, təvəkkül edənləri sevər. “(Ali-İmran, 159)

Bəli, insandan gözlənilən bir işə əzmetmək və Rəbbinə güvənməkdir. Əzm, boş təmənnadan ibarət bir arzu deyil. “Kaş ki” deyərək oturduğu yerdən bir şeylər qazanma xəyalı da deyil. Əzm, daxildə güclü bir iradə ilə bir şeyi etməyə ciddi bir şəkildə niyyət etmək və o işə təşəbbüs etməkdir. Qul belə güclü bir iradə ilə bir işə yönəlincə, Rəbbimiz, artıq gerisini mənə burax deməkdə və quluna müvəffəqiyyət müjdəsi verməkdədir. Nəticənin qulun istədiyi şəkildə nəticələnməməsi belə, onun üçün daha xeyirli olanın təqdir ediləcəyinə işarə edilməkdədir.

Quşadalı İbrahim xəlvəti Həzrətlərinin belə bir sözü var: “Biz sufilər zahirən Mutəzilə, batinən Cəbriyyəyik.” Yəni hər şey bizim əlimizdə imiş kimi səy edər, səbəblərə sarılar, hər cür tədbiri alırıq lakin bunu da bilirik ki, həqiqətdə bizim deyil, Onun (Rəbbimizin) dilədiyi olacaq. Beləliklə da yalnız Ona güvənib təslim olarıq. Bu anlayış, mənliyimizi bütləşdirməkdən qoruduğu kimi Rəbbimizə qarşı da bir ibadət ədəbinin ən gözəl göstəricisidir.

Bədir müharibəsində Allah Rəsulu (səv) və səhabələri, belə bir əzmlə düşmən qarşısına çıxdılar. Özlərindən üç qat çox olan müşrik ordusunu məğlubiyyətə uğratdılar. Çünki əlindəki imkanları səfərbər edib şəhadəti gözə alaraq yola çıxan az sayda da olsa da bir qrupa Rəbbin lütfedəcəyi güc və qüdrət, təsəvvürlərin xaricində deyildir.

İspaniyada gəmiləri yandıraraq tam bir əzmlə yola çıxan Tariq ibn Ziyadın bu duruşu böyük bir fəthin qapılarını açmışdır.

Malazgirtdə kəfənini geyərək hərb sahəsinə atını sürən Sultan Alparslan, əzminin nəticəsində Anadolu qapılarını İslam ümmətinə açma bəxtiyarlığına çatmışdır.

“Ya İstanbul məni alır ya mən İstanbulu” sözüylə əzmini ortaya qoyan Sultan Fatehə bu böyük fəth nəsib olmuşdur.

Bu misalları çoxaltmaq mümkündür. Müvəffəqiyyətə nail olmuş hər bir fərdin həyatında da bu cür əzmdən bəhs etmək olar.

Əzmin içində iradəni ortaya qoymaq var, səbr və sabitlik var. İradəni ortaya qoymaq, sadə bir şəkildə könüldə bir şeyi etmə istəyinin meydana gəlməsi deyildir. Bunun xaricində daha geniş bir mənası vardır. Aşağıdakı ayəti kərimədə, iradənin təşəbbüsə çevrilən ciddi bir istək mənasında istifadə ediləcəyinə işarə edilir:

“Onlar (o münafiqlər) əgər döyüşə çıxmaq istəsəydilər (iradələrini ortaya qoymuş olsaydılar), əlbəttə bunun üçün bir hazırlıq görərdilər.” (Tövbə Surəsi, 46)

Heç bir hazırlıq etməyən və təşəbbüsə keçməyən şəxslər, iradələrini ortaya qoymamış şəxslər olaraq təqdim edilmişdirlər. İradənin haqqı verilərsə o istiqamətdə qapılar açılacaq. Yenə bir ayəti kərimədə bu sirrə işarə edilmişdir:

“… Kim dünya mənfəətini istəsə (iradəsini bu istiqamətdə istifadə etsə), özünə ondan verərik. Kim də axirət mükafatını istəsə, ona da ondan verərik. “(Ali-İmran, 145)

Boşanma mərhələsində olan ailələrinin parçalanmasının qarşısını almaq məqsədiylə vasitəci rolunu öhdəsinə alan kəslərin səmimi istəkləri (iradələri) mövzubəhs olunca , müvəffəqiyyətə çatdırılacaqları da belə bəyan edilir:

“Əgər ər-arvadın arasında ixtilaf olacağından qorxsanız, kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim göndərin. İki tərəf (aranı) düzəltmək istəsələr (iradə etsələr), Allah da onları yaxınlaşdırar, birləşdirər. Şübhəsiz ki, Allah, haqqıyla biləndir, etdiklərinizdən xəbərdardır. (Nisa Surəsi, 35)

Əzmin belə bir iradə ölçüsü olduğu kimi səbir ölçüsü da vardır. Belə ki Allah Rəsulu -sallallahu əleyhi və səlləm- Peyğəmbərimizə xitab edərək əzm sahibi peyğəmbərlər kimi səbirli olması istənmişdir:

“(Ey Məhəmməd!) O halda, yüksək əzm sahibi peyğəmbərlərin səbretməsi kimi səbr et.” (Əhqaf Surəsi, 35)

Göründüyü kimi səbirsiz və tələskən şəxsiyyətlər, əzm sahibi ola bilməz və nəticə əldə edə bilməzlər. Əzm səviyyəsində iradəni ortaya qoymadan təvəkkül (Allaha güvənib dayanma) iddiasını güdənlər, yenə də müvəffəq ola bilməyəcəklər. Çünki təvəkkülün əvvəli, əzm səviyyəsində bir qabaqcadan hazırlıqdır. Bu bir sünnətullahdır yəni Allahın qoyduğu ilahi bir qanundur.

Mənbə:gencdergisi.com

Read Previous

Allaha məhəbbət

Read Next

Xanımını döyənin aqibəti.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.