• 29 Noyabr 2020

SƏSGÜCLƏNDİRİCİ İLƏ OXUNAN AZAN İSLAM DÜŞMƏNİNİ NARAHAT ETDİ

Kovid-19 pandemiyasının yayılmasından sonra Avropanın bəzi ölkələri kimi Hollandiyada da səsgücləndirici ilə azan oxunması “Azadlıq” partiyasının lideri Qirt Vildersi narahat edib. Vilders sosial şəbəkədəki şəxsi səhifəsində azan oxunmasına etirazını bildirib.

Hollandiyalı siyasətçi şəxsi Twitter səhifəsində oxunan azansəsinin müşayiəti ilə bu sözləri paylaşıb:

“Allahu Əkbərə, məscidlərə və İslama Hollandiyada yer yoxdur. İslami terrorun fəryadı olan Allahu Əkbərin səsgücləndirici ilə yüksələn səsi, Hollandiyada getdikcə çoxalmağa başladı. İslami təxribat, İslami fəth etmək arzusu.”

Vildersin öz paylaşımını retveet etməsi isə təqibçiləri tərəfindən əl salınıb.  

Mənbə: islamveirfan.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 19 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Ölümdən sonrakı həyat

Read Next

YAPON GƏNC BU SƏBƏBDƏN MÜSƏLMAN OLDU