• 19 Mart 2024

Sədəqə vermək

sadaqa

يَا اِبْنَ آدَمَ : إِنَّكَ إِنْ تَبْذُلَ الْفَضْلَ خَيْرٌ لَكَ ، وَأَن تُمْسِكْهُ شَرٌّ لَكَ ، وَلَا تُلَامُ عَلَى كَفَافٍ، وَابْدَأْ بِمَنْ تَعُولُ

Ey Adəm oğlu, ehtiyacından artıq malını sədəqə verməyin sənin üçün xeyirlidir. Əgər verməyib əlində saxlasan, sənin üçün zərərlidir. Kifayət miqdarı mala sahib olduğun üçün Allah qatında məsul olmazsan. Xərcləməyə baxmaqla mükəlləf olduqlarından başla. (Tirmizi, Zöhd 32, Müslim, Zəkat 97)
İnsan təbiətinin mala, mülkə və dünyalıqlara nə qədər düşkün olduğunu hamımız çox yaxşı bilirik. İslamın çox əhəmiyyət verdiyi xeyrlərin başında infaq, yəni ehtiyacdan çox olan malı Allah yolunda sərf etmək gəlir. Bu xeyr, adamın etməklə öhdəçilikli olduğu bəzi gündəlik ibadətlərindən həm daha çətin həm də daha faydalıdır. Əsasən bütün ibadətlərin fərdi aşan bir ölçüsü varsa da, ictimai tarazlığı təmin cəhətdən zəkat və sədəqə çox fərqlidir. Malı mülkü yığmaq, qızılı, gümüşü və pulu yığmaq dinimizdə caiz (uyğun) görülməmişdir. Bunları mütləq cəmiyyətin istifadəsinə təqdim etmək lazımdır. Bu istifadə yalnız vermək surəti ilə deyil, halal sərmayələr etmək və iş sahələri açmaqla mümkündür. İş sahələri açmaq, insanlara iş imkanı təmin etməsi cəhətdən daha da əhəmiyyətlidir. Hədisimizdə açıqca ifadə edildiyi kimi, artıq malı mülkü və pulu yığıb saxlamaq, əldə tutmaq günahdır.
Şəxsin və ailəsinin ehtiyaclarını qarşılayacaq və başqalarına möhtac olmayacaq dərəcədə mala mülkə, dünyalıq sərvətə sahib olmağı dinimiz təhlükəli görməmişdir. Dinimiz üzərinə düşən haqqları yerinə yetirdiyi təqdirdə insanın sərvət və zənginlik sahibi olmasının qadağan etməmiş, əksinə təşviq etmişdir. Bunun ən təəccüblü nümunələrini əshabələr arasında və onlardan sonra gələn nəsillər içində olan məşhur zənginlərdə görürük. Onların həyatları bizim üçün yaxşı bir nümunədir. Çünki hər birinin İslama nə qədər böyük faydası olduğunu və ehtiyac anında müsəlmanların köməyinə necə gəldiyini qaynaqlarımız bizə saysız nümunələri ilə açıqlayır.
İnsan köməyə və verməyə əvvəlcə dolanışığını boynuna götürdüklərindən, yəni ailə ətrafından başlamalıdır. Hər kəs bu qaydaya riayət etdiyi təqdirdə, bütün insanları əhatə edən bir köməkləşmə reallaşmış olar. Beləcə cəmiyyətdə köməkləşmə və qardaşlıq yayılar, dinc bir cəmiyyətin qurulması təmin edilər.

Read Previous

Dua nədir?

Read Next

Sağlamlıq, can və mal güvənliyi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.