• 24 Avqust 2019

Sağlamlıq, can və mal güvənliyi

guvenمَنْ أَصْبَحَ مِنْكُمْ آمِنًا فِي سِرْبِهِ ، مُعَافًى في جَسَدِهِ ، عِنْدَهُ قُوتُ يَوْمِهِ ، فَكَأَنَّمَا حِيزَتْ لَهُ الدُّنْيَا بِحَذَافِيرِهَا

Sizdən hər kim canı və malı əmniyyət içində, vücudu səhhət və afiyətdə, gündəlik qidası da yanında olduğu halda sabahlayarsa, sanki bütün dünya ona verilmiş kimidir. (Tirmizi, Zöhd 34, İbn Macə 9)
Bir insan üçün imtina edilməz olan ən əhəmiyyətli şeylər bu hədisdə sayılanlardır. Başqa hər ehtiyac bunlardan sonra gəlir. Təhlükəsizlik içində olmaq, ən başda canın, malın, ismət və namusun, məskənin güvən içində olmasını əhatə edər. Bu təhlükəsizlik, əvvəlcə düşməndən, xaricdən gələcək hər cür təhdiddən, qorxu və narahatlıqdan əmin olmaqla təmin edilə bilər. Bundan sonra, Allahın əzabına səbəb olacaq davranışlardan, dinin işlənilməsini qadağan etdiyi şeylərdən uzaq dayanmaqla insan özünü təhlükəsizlik içində hiss edir. Bu səbəblə, bir Ərəb atalar sözündə “Gerçək bayram yeni paltar geyənə deyil, Allahın əzabından əmin olanadır” deyilmişdir.
Bir insanın hər cür maddi və mənəvi xəstəliklərdən qurtulması, qarşılığı dünyalıq dəyərlərlə ölçülməyəcək qədər böyük bir nemətdir. Çünki hər cür fəaliyyət, Allaha ibadət, din və dünya işlərinin yolunda getməsi, sağlamlıq və səhhət içində olmaqla mümkündür. Bədənimizdəki kiçik bir xəstəlik belə bizi bir çox işləri etməkdən saxlayar. Təəssüf ki çox dəfə insan oğlu sağlamlığın və səhhətin qiymətini xəstələnincə və ya bunları itirincə anlayar. Elə bu səbəblə Peyğəmbər Əfəndimiz (səv), ümmətini bir çox dəfələr xüsusilə səhhət nemətinin qiymətini bilmə mövzusunda xəbərdar etmişlər.
Gündəlik azuqəyə sahib olmaq, insanı müəyyən bir hüzura, dincliyə qovuşdurar və sabahını düşünməyə imkan tapmasına vəsilə olar. Qənaətkar bir kimsə özünü bu günə qovuşduran və ruzisini lütf edən Allahın, sabaha çatdırdığı təqdirdə də ruzisini lütf edəcəyi inancı içində yaşayar. Bu gün ətrafımızda belə insanları görmədiyimiz və ya çox az görməyimiz bizi səhv fikirlərə aparmamalıdır. Belə düşünməmiz, sabahlarımız üçün işimizi, həyatımızı intizam altına almamıza mane olmamalıdır. Tam əksinə bu sayılanları etmək bizim qulluq vəzifələrimiz arasındadır. Lakin bütün səbəblərə baxmayaraq istədiyimiz və gözlədiyimiz nəticəni əldə etməyə də bilərik. Elə o zaman üzərimizə düşən vəzifə, gündəlik dolanışığımızı bizə lütf edən Allaha həmd etmək və şükrümüzü əksiksiz yerinə yetirib, sanki dünya bizə verilmiş kimi bir təvəkkülə sahib olmaqdır.

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 109 dəfə.

calal calalov

Read Previous

Sədəqə vermək

Read Next

İtmiş xəzinə

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.