• 29 Mart 2024

Sonrakı peşmançılıq fayda verməz.

qoca-vc999-sonrakc4b1-pec59fmanc3a7c4b1lc4b1q[1]Möhtərəm möminlər!

    Ağıllı insan, Allaha inanan, Ona təslim olan və Onu  hər şeydən daha çox sevən kimsədir. Uca   Allah onu  sevən qullarını sevməkdədir. Allahı sevmənin və Allah sevgisinin qazanmanın yolu da Rəsulullaha (səs) tabe olmaqdır. Qurani Kərimdə Allah və  Rəsulunu, atadan, oğuldan, qardaşdan, qohumdan, mal-dövlətdən də daha  çox sevilməsi lazım olduğu  bildirilmişdir.

   Bu səbəblə, “Mən Allahı sevirəm”  deyən hər kəs Allaha və onun Rəsuluna itaət etmək, bütün həyatını İslama görə qurmaq, ibadətləri yerinə yetirmək, malı və canıyla Allahın dininə xidmət etmək məcburiyyətindədir. Əks halda, yalnız Allahı sevirəm deməyin heç bir mənası və faydası  yoxdur. Hz. Peyğəmbər (səs), könlündəki Allah sevgisindən dolayı, ayaqları şişənə qədər namaz qılmış, sanki heç qalxmayacaq şəkildə səcdələrə qapanmış və Rəbbinə dua edərək göz yaşı tökmüşdür. Bəzən də “gözümün nuru” deyə ifadə etdiyi namazın bir rükətində, Bəqərə, Ali İmran və Nisa kimi   ən uzun surələri birlikdə oxumuşdur.

Allah Rəsulunun bu halı heç şüphəsiz ki, Allah sevgisinin nəticəsidir.

Əziz möminlər!

Allahın bizə bir əmanət olaraq verdiyi ömür, insanın ən qiymətli varlığıdır. Ömür, bizə Allaha qulluq etmək üçün verilən bir zamandır. İnsan dünyanı da axirəti də bu vaxt ərzində qazanmalıdır. Çünki daha sonrası  gec və peşmanlıqdır. Sonrakı peşmançılıq da fayda verməz.

Bu baxımından Qurani Kərim bizə davamlı olaraq bu xəbərdarlığı  etməkdədir:

Özünüzə gəlin və düşünün. Ziyana düşməmək üçün imanınızı gücləndirin. Allahın rizasını qazanmağa çalışın. İslamı həyatınızın bütün sahələrində tətbiq edin. Haqqı və səbri tövsiyə edin.  Siz başıboş deyilsiniz sizi hər zaman görən və eşidən bir Rəbbiniz var. Neçə il yaşayırsanız yaşayın bir gün gələcək siz də öləcəksiniz. Daha sonra sizi ilk dəfə yoxdan yaradan Allah yenidən dirildəcəkdir. Etdiyiniz hər əməldən dolayı Allahın hüzurunda hesab verəcəksiniz.  Etdiyiniz heç bir xeyir əməli və  ya günahı kiçik görməyin. Kim zərrə qədər xeyir bir iş görmüşsə onun əvəzini görəcəkdir. Kim də zərrə qədər pis iş görmüşsə onun da əvəzini görəcəkdir. Bu dünya  imtahan dünyasıdır. Çalışmadan əziyyət çəkmədən imtahanı qazanmaq qeyri mümkündür.  Hər kəs bu dünyaya bir dəfə gəlir. İmtahan vaxtını uzatmaq və ya  qısaltmaq da mümkün deyildir. Həyat, dönüşü olmayan bir yolçuluqdur.

Zaman, insanı ölümə aparan bir vasitədir. Bu dünya heç kimə dost olmamışdır. Gələnlər getmiş, gedənlər də geri dönməmişlər. Uzun illər bu dünyada at oynadanların indi sümükləri də qalmamışdır. Çox analar övladlarını, çox övladlar da analarını tərk edərək bu dünyadan köçmüşdür. Çünki, ən tez tükənən sərmayə ömürdür. Məzar isə axirətin giriş qapısıdır.

Axirət gözüylə baxıldıqda dünyada yaşanan ömür, insana bir gün və ya daha az gəlir. Qurani Kərimdə bəhs edilən Ashabı kəhf, mağarada üçyüz doqquz il qaldıqları halda, oyandıqlarında bir gün və ya daha az qaldıqlarını söyləmişlər. Bəli Qurani Kərim insanlara bütün bunları düşünməyi və bu düşüncə üzərində yaşamalarını istəməkdədir.

Şərəfli möminlər!

Bir gün gələcək dizlərimizdəki taqət tükənəcək və axirət yolçuluğunun sonu gələcəkdir. Çox rahat minik vasitələri olduğu halda bizi tabutla aparacaqlar. Gözəl və rahat evlər olduğu halda bizi məzar çuxuruna qoyacaqlar. Nə qədər varlı olursaq olaq oraya bir kəfənlə gedəcəyik. Ən sevdiyimiz insanlar belə bizi məzarda tək qoyub yenə öz işlərinin arxasınca gedəcəklər. Məhz o gün Allahın əmrlərini yerinə yetirməyənlərin  peşmançılığı, heç bir fayda verməyəcəkdir. Çünki artıq geçdir. Necə deyərlər sonrakı peşmançılıq fayda verməz. 

Uca Rəbbimiz, kafirlərin bu peşmanlıq halını Qurani Kərimdə belə xəbər verməkdədir:

“O gün zalim (küfrə düşməklə özünə zülm edən, peşmançılıqdan) əllərini çeynəyib deyəcəkdir:” Kaş ki mən Peyğəmbər vasitəsilə (özümə) doğru br yol tutaydım; Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim.”[1]

“Üzləri odda (o tərəf bu tərəfə) çevrildiyi (haldan- hala düşdüyü)  gün onlar: “Kaş Allaha müti olaydıq, Peyğəmbərə itaət edəydik!”- deyəcəklər”

“Onlar (yenə) deyəcəklər:  “Ey Rəbbimiz! Biz ağalarımıza, böyüklərimizə itaət etdik, onlarsa bizi haqq yoldan azdırdılar”[2]

“(Ya Rəsulum!) gətirilib od üstündə saxlandıqları zaman sən onların:  “Kaş ki biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq’”-demələrini görəydin’”[3]

“O gün insan öz əlləri ilə etdiyi (yaxşı, pis) əməlləri görəcək, kafir isə: “Kaş (bu əzabı görməmək üçün) torpaq olaydım!”- deyəcəkdir”[4]

 

 26  Aprel  2013 /16 C.Axır 1434



[1] Furqan: 27, 23.

[2] Əhzab: 66,67.

[3] Ənam: 27.

[4] Nəbə: 40.

Read Previous

Rüsvayçılıq: 1 bilet üçün “müsəlman” oldular

Read Next

Almaniyada müsəlman qəbiristanlığının salınmasına icazə verilib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.