• 29 Mart 2024

Sual: Balın zəkatı varmı, varsa, necə verilməlidir?

Cavab: Hənəfi fəqihlərinə görə, üşr torpağından bəslənən arıların balında 1/10 zəkat verilməlidir. Hamının istifadəsində olan ərazilərdən və ya meşələrdən bəslənən arlıların balları isə üşr zəkatına daxil deyil. Bunun dəlili Əbu Səyyarənin özünə məxsus arı pətəkləri olduğunu bildirdikdə Hz. Peyğəmbərin  (s.ə.s) bunların üşr zəkatını verməli olduğunu xəbər verməsidir. (İbn Macə, Zəkat, 20). Bundan başqa Hz. Peyğəmbər (s.ə.s) Yəmən xalqına belə yazmışdı:  “Bal istehsalçılardan üşr alınsın!” (Zeyləi, “Nəsbür-rayə”, II, 390). Ancaq onu da qeyd edək ki, şafei və maliki fəqihlərinə görə isə, baldan zəkat vermək vacib deyil. Əsaslandıqları dəlil isə Tirmizinin balın zəkatı məsələsi ilə bağlı mühüm bir hədisin olmadığını vurğulaması və balın südə qiyas edilməsidir. Həmçinin  vurğulamaq lazımdır ki, bu gün arının balı üşr ərazisində yığması qeyri-mümkün olduğuna görə balın gəliri əsas alınmalı nə nisab miqdarına çatıb digər şərtlər də əmələ gəldiyi təqdirdə, gəlirin 1/40 –dən zəkat verilməlidir.

Read Previous

İsraf etmə, infaq et

Read Next

Rəsulullahı və Sünnəni Anlamaqda Aktual Probləmlər