• 16 Aprel 2024

Sual: Xına, saç boyası, dırnaq lakı və dodaq pomadası kimi kosmetik vasitələr dəstəmaz və qüslə əngəl təşkil edirmi?

İçerikCavab: Xınadan sonra üzvdə qalan sadəcə olaraq rəngdir. Xına suyun dəri və ya dırnaqla təmas etməsinə əngəl təşkil etmir. Məhz bu səbəbdən xına qoymaq dəstəmaza əngəl deyil.

Burada istifadə olunan boyanın mahiyyəti mühüm əhəmiyyət kəsb edir. Boya saçın dərisi üzərində qat əmələ gətirir və suyun dəriyə nüfuz etməsinə mane olarsa, dəstəmaz və qüslə də mane olar. Çünki dəstəmazda dəstəmaz üzvləri, qüsldə də bütün bədən heç bir quru yer qalmayacaq şəkildə yuyulmalıdır.

Dəstəmaz və qüsldə əsas olan suyun yuyulmalı olan üzvlərə təmas etməsidir. Suyun təmasına əngəl olan hər şey dəstəmaz və qüslə də manedir. Dırnaq lakı və dodaq pomadası suyun dırnaq və dodaqla təmas etməsinə mane olduğu üçün həm dəstəmaza, həm də qüslə əngəl təşkil edir. Dırnaq lakı və dodaq pomadası kimi dərinin üzərində qat əmələ gətirən kosmetik vasitələrdən istifadə edənlər dəstəmaz və qüsldan əvvəl bunları aradan qaldırmalıdırlar.

Burada belə bir ümumi qayda qoymaq olar: Suyun dəriyə təmas etməsinə mane olan bütün maddələr dəstəmaz və qüslə əngəl təşkil edir. Odur ki, bütün kosmetik vasitələr qeyd edilən ümumi qaydaya görə dəyərləndirilməlidir.

Mənbə:

irfandergisi.com

Read Previous

Azərbaycanda fevralın 1-də mobil nömrələrin daşınması sistemi işə salınır

Read Next

Sual: Qadınlardan gələn bəyaz axıntı dəstəmazı pozarmı?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.