• 19 Mart 2024

SÜBH NAMAZINA QALXMAĞA KÖMƏK EDƏCƏK 20 AMİL

Uca Allah, gündəlik beş vaxt namaz qılmağı əmr edir. Bu əmr, yalnız sənin xeyirin üçündür. Günahlarının bağışlanmasını, bol-bol savab qazanmağı və əbədi xoşbəxt həyat olan ,Cənnət həyatını istəməzsənmi? Əlbəttə ki istəyərsən, lakin qafillik və tənbəllik bəzən bizi bundan əngəlləyir. Sübh namazı, digər dörd namazdan daha ağır gəlir, elə deyilmi? O zaman aşağıdakı tövsiyyələrə əməl et:

  1.  Zəruri olan yuxu ehtiyacını ödəyə bilmək üçün tez yatmaq. Əks halda sübh namazının vaxtı çıxana kimi ya oyanmaq mümkün olmur, ya da oyanan kəs, olduqca yorğun və halsız olur. Buna diqqət et!
  2.  Dəstəmazlı halda yatmağa çalış. Bununla yanaşı, yatarkən, peyğəmbərimizin etmiş olduğu zikrləri etmək, çox faydalı olacaqdır.
  3. Yatmazdan əvvəl, sübh namazına durmaq üçün sadiq niyyətli və əzmli ol. Tənbəlliyindən dolayı oyanmamağı və ya “dura bilsəm duraram” düşüncəli insan isə, bu cür niyyətlə sübh namazını qılmağa nail ola bilməz. Deməli, niyyətini düzəlt və əzmkar ol!
  4. Yuxudan oyanan kimi dərhal uca Allahı zikr et. Bununla şeytanın düyünlərindən birini açmış olacaqsan. Daha sonra dəstəmaz aldıqda şeytan səndən uzaqlaşar, namazı qıldıqda isə hər şey yoluna düşər.
  5. Namaza oyanmaq üçün ailə üzvlərinin və ya saleh yaxınlarının köməyindən istifadə etmək. Sübh vaxtı müsəlmanların telefonla zəng edərək bir-birlərini namaza oyatmaları və ya ailə üzvlərindən, bu məsələdə daha məsuliyyətli olanların, bu işdə yardımçı olması, buna misal ola bilər.
  6. Allaha çoxlu dua edərək, müvəffəqiyyət diləmək. Həqiqətən də dua, hər bir şeydə uğur qazanmanın və müvəffəqiyyətin ən böyük səbəblərindəndir.
  7. Xəbərdaredici vasitələrdən istifadə etmək (məsələn, saat zəngi). Həmçinin, həmin vasitələri yataqdan bir qədər uzaq qoymaq lazımdır ki, insan yuxulu ikən əlini uzadıb onu söndürə bilməsin və beləcə yuxudan oyana bilsin.
  8. Yatanın üzünə (onun öncədən buna razılıq verdiyi halda) su səpmək. Bu da, dinimizin icazə verdiyi vasitələrdən sayılır.
  9. Mənzildə tək yatmamaq. Peyğəmbərimiz (sav) evdə tək yatmağı yaxşı bir hal hesab etməmişdir.
  10. İnsanların nəzərindən uzaq yerlərdə yatmamaq. İnsanlar səndən xəbərdar olsunlar ki, oyana bilmədiyin təqdirdə, səni oyatsınlar.
  11.  Oyanan kimi ilk dəfədən yataqdan qalxmaq. Əks halda insan yenidən dərin yuxuya gedə bilər.
  12. Saatın zəngini namazın vaxtından daha əvvələ qurmaq. Çünki insanların çoxu belə olduqda “hələ vaxt var” deyərək, yatağa qayıdır və yenidən dərin yuxuya gedir. Hətta bir neçə saat zəngi qoymaq da məsləhətdir ki, söndürüb yatdıqda, növbəti zəngə dura biləsən.
  13. Oyandıqda, ilk olaraq işığı yandırmaq. Çünki işıq yuxunu qaçıran amillərdəndir.
  14. Çox yuxusuz qalmamaq (hətta gecə namazına qalxsa belə). Çünki, əsas olan daha vacibdir. Müstəhəb əməli yerinə yetirmək, səni fərzdən məhrum etməməlidir.
  15. Yatmazdan əvvəl çox yeyib-içməmək. Bu, ağır yuxuya səbəb olan amillərdəndir.
  16. Gecə namazı qılmaq istəyirsənsə, sübh namazına yaxın vaxtda – gecənin son 3/1-də qalx. Belə ki, vitr namazından bir qədər sonra artıq sübh namazının azanı verilmiş olacaq.
  17. Yatarkən, sağ tərəf üzərində, üzü, sağ əlin ovucuna qoyaraq yatmaq. Bu, digər yatma formalarından fərqli olaraq, yuxudan oyanmanı asanlaşdırır.
  18. İmkan olduqca, günorta bir qədər yatmaq (buna qaylulə deyilir).
  19. Məğrib namazından sonra yatmamaq. Çünki bu vaxtlarda yatmaq günün sonunda insanda yuxusuzluq yaradır.
  20. Ən nəhayət – ixlaslı olmaq (daima Allahın razılığını düşünmək, Onun razılığına can atmaq). Həqiqətən də hər bir işin başında məhz bu amil durur.

Read Previous

Hər işdə bir xeyir vardır

Read Next

YETİM VƏ KİMSƏSİZLƏRİ QORUMAQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.