• 19 Mart 2024

Süd qardaş-bacı arasındakı örtünmə necə olmalıdır?

tesetturSual:

Süd qardaş-bacı arasındakı örtünmə necə olmaldır?

Cavab:
Aralarında süd qohumluğu olan kəslər bir-birlərinə məhrəm sayılırlar. Evliliyi davamlı surətdə haram hala gətirən səbəblər; qohumluq, süd qohumluğu və evlilikdən qaynaqlanan qohumluq olmaq üzrə üç dənədir (Nisa, 4/ 23). Örtünməni əmr edən ayədə, Uca Allah, inanan bir qadından gözlərini haramdan çəkindirməsini  istəmiş və zinət yerlərini naməhrəmə göstərməməsini əmr etmişdir (Nur, 24/ 31) . İslam alimləri bu ayələr və mövzular  ilə əlaqədar Hz. Peyğəmbər (sav)-in söz və tətbiqlərinə (Buxari, Şəhadət-7; Əbu Davud , Nikah-6) əsaslanaraq , bir-birlərinə məhrəm olan kəslər arasındakı örtünmənin ölçüsünü müəyyənləşdirmişlər. Buna görə də bir nəfərin yuxarıdakı səbəblərdən biri ilə evlənməsi qadağan olan bir qadının, başına, saçına, üzünə, qıçlarının dizdən aşağı qisiminə və sinəsinə baxması haram deyildir. Bunlarla birlikdə bir kimsə , cinsi hisslərinə  nəzarət etməkdə çətinlik çəkir və yuxarıda sayılan yerlərə baxdıqda cinsi duyğuları hərəkətə keçirsə, həm özü, həm də yaxınları bunu nəzərə alaraq tədbir görməli və ona görə hərəkət etməlidirlər.

 

mənbə: Diyanət

Read Previous

BM tarixində bir ilkə imza atılacaq. BM İslam Üçün Bir Araya Gəlir

Read Next

Nazirlər kabineti yetim uşaqlara sahib çıxdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.