• 29 Mart 2024

Şükrün növləri

şukunnovleriAllahu təala, yaratdığı bütün məxluqatın ruzisini öz üzərinə götürmüşdür.  Heç bir canlı, ruzisini tamamlamadan ölməz. Bu səbəblədir ki ruzi narahatlığı daşımaq, iman şüuruna ziddir. Necə ki, ayeyi kərimədə belə buyurulur:
Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin. Allah onların (ata belindəki, ana bətnindəki və ya dünyadakı) sığınacaqlarını da, əmanət qoyulacaq (ölüb dəfn ediləcək) yerlərini də bilir. (Bunların) hamısı açıq-aşkar kitabdadır (lövhi-məhfuzdadır).”(Hud, 6)
Rəbbimiz bütün məxluqatına hər an saysız ilahi sofralarla ruzilərini ikram etməkdədir. Üstəlik Rəzzaq olan Rəbbimiz, yer üzündəki hər məxluqata ayrı-ayrı süfrələr qurmaqdadır. Məsələn bir qoyunun yeyəbildiklərinin bir çoxunu insan yeyə bilmədiyi kimi, insanın yeyəbildiklərinin bir çoxunu da qoyun yeyə bilməz. Yəni ruzi nemətləri də çox həssas bir ilahi tənzim və bölgüyə görə lütfedilməkdədir.
Bizlər də yediyimiz hər loxmada bu ilahi ikramları xatırlamalı, yeməyə bismillahla başlamalı, əlhamdülillah deyərək bitirməli və Rəbbimizə daim şükür duyğuları içində olmalıyıq. Hətta acları doyurmaq, susuzlara su ikram etmək surətiylə, məxluqatın rızıqlanmasına xeyirli bir vasitə ola bilməyə səy göstərməliyik.
Çünki nemətlərə şükür, iki cür olur:
Birincisi, bütün nemətlərin Haqqın lütfü olduğu düşünərək, sözlə, yəni şifahi olaraq şükr etməkdir. İkincisi isə o nemətlərdən ehtiyac sahiblərinə ikram etməkdir. Bu da hərəkətlərimizlə edilən bir şükürdür ki, mütləq yerinə yetirmək lazımdır.

Beləcə ailəsinə, qohumuna və ətrafındakılara ikram edərək ilahi əxlaqı davam etdirmə qeyrəti, Haqqın məhəbbət və rizasına qovuşduran bir fəzilətdir. Mömin də, ruzi barəsində səhv təvəkkül anlayışlarına qapılmayıb gücü çatdığı qədər səy göstərməli və beləcə ruzidən çox ona ruzi verənin arxasınca getmək düşüncəsində olmağa çalışmalıdır.
mənbə:

Read Previous

İnsanlara ləqəb qoşmaq caizdirmi?

Read Next

Peyğəmbər əfəndimiz (səv)-in əfvediciliyi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.