• 14 Noyabr 2019

Suriyalı kiçik bir qızın vəsiyyət məktubu oxuyanları ağlatdı.

suriyeli_kiz_vasiyet2Son dövrdə, Yaxın Şərqdə ən böyük qətliam səhnəsinə şahidlik edən Suriyada kiçik bir qızın, çəkdiyi şəkil və ailəsinə yazdığı vəsiyyət ürəkləri dağladı.
Yuxarıdakı rəsmi çəkən və altına Ərəb dilində qeydlər yazan Suriyalı kiçik bir qız uşağıdır. Adını heç kimin bilmədiyi amma yaşadıqları ilə vicdanı olan hər kəsin təxmin edə biləcəyi bir qız uşağı.
Kiçik qız, sosial mediada paylaşma rekordları qıran çəkdiyi şəkildə, bir tabutun içində özünü təsvir edərkən, ailəsinə yazdığı vəsiyyətdə də bunları söylədi:
“Bu mənim vəsiyyətimdir.
Canım anam! Səndən mənim gözəl gülüşlərimi xatırlamanı və yatağımı olduğu kimi saxlamağını istəyirəm.
Və sən Bacım! Yoldaşlarıma də ki “O, aclıqdan öldü!…”‘
Və sən Qardaşım! Kədərlənmə amma ikimiz birlikdə “Biz aciq” dediyimizi yadında saxla!…
Ey ölüm mələyi! Tez gəl ruhumu al ki, bundan sonra cənnətdə yemək yeyim. Mən çox açam.
Və ey ailəm! Mənim üçün qorxmayın. Mən sizin yerinizə də cənnətdə yeyə biləcəyim qədər çox yemək yeyəcəyəm.”

Mənbə:islamveihsan.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 151 dəfə.

calal calalov

Read Previous

İçki və qumar (video)

Read Next

Bir atanın, evlənəcək oğluna nəsihəti

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.