• 19 Mart 2024

Suriyalı müxaliflər iki hərbi təyyarəni məhv ediblər

suriye6543221-azmus

Ötən gün BƏƏS rejimi 135 mülki suriyalının həyatına son qoyub.

 Suriya ordusunun ötən gün ölkənin müxtəlif şəhərlərində keçirdiyi hərbi əməliyyatlar nəticəsində ümumilikdə 135 suriyalı həyatını itirib.
BƏƏS rejiminə qarşı silahlı mübarizəni davam etdirən Azad Suriya Ordusu (ASO) paytaxt Dəməşq və Deyr əz-Zor şəhərlərində hərbi təyyarə vurduqlarını bildiriblər. Suriya İnsan Haqları Monitorinqi Təşkilatının məlumatında isə təkcə Dəməşq şəhərində 48 sakinin Əsəd qüvvələri tərəfindən öldürüldüyü qeyd olunub. 
Suriya İnqilab Şurasının xəbərində isə ASO döyüşçülərinin Həmada rejim qüvvələri ilə döyüşlərdə 3, Humsda isə 2 tankı məhv etdikləri bildirilib.

/azerimuslims/

Read Previous

İngiltərədə gənclər arasında İslamı qəbul edənlərin sayı artır

Read Next

Aprel-2013

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.