• 25 Aprel 2019

Suriyalılar uşaqlarına Ərdoğanın adını verirlər

surie-erdTürkiyəyə sığınan qaçqınların yeni doğulan körpələrinə ən çox verilən ad Ərdoğandır.

Türkiyənin Şanlıurfa şəhərinin Ağcaqala qəsəbəsində Süleyman Şah İstirahət Mərkəzinə yerləşdirilən suriyalı qaçqınlar dünyaya yeni göz açan övladlarına Ərdoğan adını verirlər.
Ölkələrindəki gərgin vəziyyətdən dolayı Türkiyəyə sığınan qaçqınlar Baş nazir Rəcəb Tayyib Ərdoğanın onlar üçün çox iş gördüyünü, bunun qarşılığında minnətdarlıq olaraq, uşaqlarına bu adı verdiklərini deyiblər.
Artıq 6 aydır ki, çadır şəhərciyində qaldığını deyən suriyalı Məcid Horan Türkiyə hökumətinin hər cür əsas ehtiyaclarını qarşıladığını, xanımının xəstəxanada övlad dünyaya gətirdiyi zaman pul ödəmədiyini deyib. Öz ölkəsində insanlara belə qiymət verilmədiyini deyən Horan türk xalqının və hökumətinin suriyalı qaçqınlara sanki atalıq etdiyini bildirib.
Suriyalı qaçqın Ərdoğan kimi gözəl adın övladına verilməsindən dolayı xoşbəxt olduğunu da ifadə edib.

/azerimuslims/

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 45 dəfə.

Müşfiq Xəlilov

Read Previous

“Sünni qardaşlarıma qarşı zülm və zorakılığa görə üzr istəyirəm” – Müqtəda əs-Sədr

Read Next

Zinaya yaxınlaşmayın!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir