• 28 Mart 2024

Təbəssüm nədir? Peyğəmbər əfəndimiz (səv) necə gülərdi?

peygamberimizin_gulusuTəbəssüm, çox səs çıxartmadan, dişlərin bir qisminin görülə biləcəyi şəkildə gülməkdir. Rəsuli Əkrəm (səv) əfəndimiz də belə gülərdi. Gülməyində heç vaxt qəhqəhə kimi həddindən artıqlıq olmazdı.
Necə ki, Həzrət-i Aişə anamız belə buyurur:
“Həzrəti Peyğəmbərin kiçik dili görünəcək şəkildə qəhqəhəylə güldüyünü heç görmədim. O yalnız təbəssüm edərdi.”(Buxari, Ədəb, 68; Müslim, İstiska, 16)
Bir çox səhabənin rəvayətinə görə, Peyğəmbər Əfəndimiz (səv) insanların ən gözəl xasiyyətlisi olub ən nəzakətli davrananıydı. Hər zaman təbəssümlü idi. Üzündə parıldayan bir aydınlıq və nur vardı.
Yəhudi alimlərindən Abdullah ibn Salam, hicrətdə maraqla Allah Rəsulunu soruşmuş, Mübarək üzünə baxanda isə:
“Bu üz yalan söyləməz!” Deyərək müsəlman olmuşdu. (Tirmizi, Qiyamət, 42/2485; İbn-i Macə, Ətimə 1, iqamət 174)
İnsanın üzü-gözü, üstü-başı bir növ onun vitrinidir. Yəni insan ağzıyla danışmasa belə, duruşuyla da bir bəyan halındadır. İnsanın üzündə, könül halından bir nişan var. Görən gözlər üçün bütün çöhrələr, daxili aləmlərin tərcümanıdır. Bu baxımdan simalardaki nurani bir təbəssüm halı, könül aləminin ən gözəl xaricə əks olunmasıdır.
Həzrəti-i Mövlana nə gözəl buyurur:
“Nar alacaq isən, gülən, çatlamış nar al ki, o gülüş, sənə içindəki dənələrdən xəbər versin. Arif insanın gülüşü, nə mübarək gülüştür ki, o gülüş, can qutusundakı inci kimi, ağızdan könlü göstərir. Gülən nar, bağı, bağçanı də güldürür. Ariflərin sohbəti, səni də ariflər arasına qatar. Sən, sərt bir daş və ya mərmər parçası olsan da, bir könül sahibinə çatabilsən cövhər olarsan.”
Əfəndimiz də aləmləri işıqlandıran nur çöhrəsiylə insanların yanından sakitcə və təbəssüm edərək keçərdi. Əshabının könüllərini xoş etmək üçün onların sözlərini diqqətlə dinləyərdi. Onlara inci dişləri görüləcək şəkildə gülümsərdi. Əshabi kiram da Ona tabe olaraq söhbətində yalnız təbəssüm ilə kifayətlənərdi.
Cərir bin Abdullah (r.a.) belə izah edir:
“Fəxri Kainat Əfəndimiz (səv), müsəlman olduğum gündən bəri məni hüzuruna girməkdən yayındırmaz və hər gördüyündə gülümsərdi.” (Buxari, Ədəb, 68)
Abdullah bin Haris (r.a.) isə:
“Allah Rəsulundan daha çox təbəssüm edən bir kimsə görmədim.” Demişdir. (Tirmizi, Mənaqib, 10)
Hədisi-şəriflərdə buyurulur:
“Din qardaşını gülər üzlə qarşılamaqdan ibarət belə olsa, heç bir yaxşılığı kiçik hesab etmə.” (Müslim, Birr, 144)
“Hər yaxşılıq bir sədəqədir. Qardaşını gülər üzlə qarşılamağın və öz qabından qardaşının qabına su boşaltmağın belə yaxşılıqdan sayılır. “(Tirmizi, Birr, 45/1970; Əhməd, III, 344; Buxari, əl-Ədəbül-Müfrəd, no: 304)
Rəsuli-i Əkrəm (səv) yoxsullara infaq edəcək bir şey tapa bilmədiyində, utancından başını o biri tərəfə çevirirdi. Bunun üzərinə bu ayəti kərimə nazil oldu:
“Əgər Rəbbindən dilədiyin bir mərhəməti (ruzini) gözləmək məqsədilə onlardan (kömək göstərilməsi lazım olan şəxslərdən) üz çevirməli olsan (onlara bir şeylə kömək etmək istəsən, lakin imkanın olmadığı üçün bacarmasan və buna görə də məcburiyyət qarşısında qalıb gözlərinə görünmək istəməsən), heç olmasa, onlara (“Darıxmayın, Allah mənə ruzi bəxş edər, mən də sizə verərəm!” kimi) xoş bir söz de!” (Əl-İsra, 28) Bu əmri ilahinin ardından Əfəndimiz, verəcək maddi imkanı olmadığı təqdirdə yoxsulların könlünü qazanmaq üçün onlara gülər üz və şirin sözlə rəftar edərdi.
Beləliklə müsəlmanın, din qardaşına təbəssüm etməsi, salam verməsi və gözəl söz söyləməsi, əsla kiçik hesab edilə bilməyəcək ictimai bir ibadətdir. Çünki təbəssüm, möminlər üçün qüvvətli bir sünnətdir.

Mənbə:İslamveihsan.com

Read Previous

Dekabr 2015

Read Next

Şeytanın cənnətdən qovulmasının səbəbi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.