• 05 Dekabr 2020

Təqva Məktəbi – Ramazan

Danılmaz bir həqiqətdir ki Allah, hər dövrdə insanları aclıqla, qorxu ilə, mal və canlarından əksiltmək surətilə imtahan etmişdir.[1] Hətta “Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş Cənnətə daxil olacağınızımı güman edirsiniz? Onları fəlakət və sıxıntı elə bürümüş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə: ”Allahın köməyi nə vaxt gələcək?”- demişdilər. Bilin ki Allahın köməyi yaxındı!”[2] buyrularaq, çətiniklərin olacağı, ancaq bunlar qarşısında imanını və sədaqətlə mübarizəsini davam etdirənlərin mükafata nail olacaqları bidirilmişdir.

Bütün çətiniklərə və xəstəliklərə baxmayaraq həyat davam etməkdə, bizim Haqqa və xalqa qarşı vəzifələrimizi yerinə yetirməyimiz istənilməktədir. Bu mənada Allahı rizasını, xalqın da duasının alınmasına vasitə olan Ramazan ayına yenidən qovuşuruq. Necə ki hz Peyğəmbər ilk ramazanını Bədir müharibəsi günlərində keçirdi, çətinliklərə sinə gərdi. Eynilə bu günkü müsəlmanlar da, “Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamq istər ki, şükr edəsiniz”[3] ayəsinin bəyanı istiqamətində ümidsizliyə düşmədən Allahın elçisini nümunə alaraq ramazanı keçirməlidirlər. Yaşanan çətinliklərə baxmayaraq, qafilliyə düşmədən Ramazan ayı yaşanmalıdır. Məscidlər (müvəqqəti) bağlı olsa da, könüllərimiz açıqdır, ailəmizlə birgə namaz qıla bildiyimiz evlərimiz açıqdır. Allahu Təalanın “Evlərinizi namaz qılınan yerlərə çevirin”[4] əmrinə uyaraq evlərin məscidlərə çevrildiyi günlərdəyik. Hz Peyğəmbər də “Yer üzü mənə məscid qılındı”[5]  hədisi ilə bizə işıq tutur. Evdəki yaşlı və böyüklərimizin bilgi və təcrübələrindən istifadə etmək, bu günlərdə ən faydalı işlərdən olsa gərək.

Bu Ramazan sosial izolyasiyaya məruz qalmışkən, sahurlara daim bərabərcə qalxaq. “Bərəkət” vardır sahurda[6]. Ramazanın hər günü beləcə qeydiyyatdan keçək. Ramazanı bir məktəb olaraq görək.

“Ey iman edənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, bəlkə (günahlardan) qorunub çəkinəsiniz”[7] buyrularaq oruc əmr edildi bizə. Bu əmrə itaət edib oruc tutan, oruc tutaraq sağlam qalmaq istəyən, təqvasını artırmaq istəyən hər kəsin Ramazanı xeyirli uğurlu olsun. Quran ayı olması səbəbilə Qurani Kərimi tilavət etməyə niyyətlənən üçün də Ramazan ayı mübarək olsun.

“Yarım xurma ilə də olsa, nemətlərinizi paylaşaraq cəhənnəm əzabından qorunun” buyuran hz. Peyğəmbərin tövsiyyəsinə əməl edənlərin xoş halına. “Kim bir orucluya iftar verərsə, iftar etdirdiyi oruclunun savabı qədər savab qazanar”[8] düsturuna rəayət edərsə, halal qazancından ehtiyac içində olan insanlara yardım etməyə çalışarsa qazanclı olar bu ayda.

“Onların mallarından sədəqə (zəkat) al. Bununla onları (günahlarından) pak etmiş, təmizləmiş (əməllrinin savablarını artırmış) olarsan..”[9] ayəsinin istiqamətində Ramazanı, bayram havasında keçirmək möminlərə yaraşar.

Hz Peyğəmbər “Allah Ramazan günlərində oruc tutmağı fərz qıldı, mən də, gecələrində təraveh namazını qılmağı sünnət qıldım. Kim Allaha inanaraq mükafatını yalnız Ondan gözləyərək orucunu tutar, namazını qılarsa, anasından yeni doğulmuş kimi günahlarından təmizlənmiş olar”[10] buyurduğu üçün təraveh namazlarına davam etmək də gərəklidir.

“(Oruc tutmaq) sayı müəyyən olan günlərdir. Sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar..”[11] hökmüncə tuta bilməyənlərə də Allahu Təala daha sonra imkanlar versin.

“Oruc qalxandır. Sizdən biri oruc tutduğu zaman pis söz söyləməsin və dava etməsin. Əgər başqa biri sizə pis söz söyləyərsə, davalaşarsa; “Mən orucluyam”- desin.”[12] Allah yeməyib, içməyib dözməkdən daha çox, bəndəsinin əfv və mərhəmət yolunu tutmasına, ədalətli olmasına, yalanı tərk etməsinə qiymət verər. “Kim yalan danışmağı və yalançılıqla iş görməyi tərk etməzsə, Allah o kimsənin yeyib içməyi tərk etməsinə qiymət verməz”[13] Tutduğumuz oruc günahlarımıza qarşı, nəfsimizin şərlərinə qarşı, şeytanın hiylələrinə qarşı qalxan olsun.

Allahın izni ilə yenə məscidlərdə təraveh namazlarında, iftar süfrələrində bir yerdə olaq. 


[1] əl-Bəqərə 155

[2] əl-Bəqərə

[3] əl-Maidə 6

[4] Yunus 87

[5] Müslim 523/5

[6] Buxari Savm 20

[7] əl-Bəqərə 183

[8] Buxari Zəkat 9

[9] ət-Tövbə

[10] İbn Macə Salat 173

[11] əl-Bəqərə 184

[12] Buxari Savm 9

[13] Buxari Savm 8

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 19 dəfə.

Qulu Məmmədov

Read Previous

Ramazan ayında ümməti Məhəmmədə verilən 5 xüsusi şey

Read Next

Peyğəmbərimiz (səv)-in iftarı