• 18 Sentyabr 2019

Təsəttür və örtünmə haqqında ayət və hədislər

basortusuHicab, örtünmə, ədəb, həya, insana aid olan bir xüsusiyyətdir. Digər məxluqat üçün ədəb, həya və örtünmək deyə hər hansı bir şey yoxdur. Ayrıca örtünmək, fitri bir qulluq ədəbidir.

Necə ki, Həzrət-i Adəm ilə Həzrəti-i Həvvanı Cənnətdə başqa insanlar olmadığı halda həya edib təlaş içərisində yarpaqlarla örtünməyə çalışmaları, bu keyfiyyətin, insanoğlunun fitrətində yerləşən ən köklü xüsusiyyətlərdən biri olduğunun göstəricisidir.

İslamda təsəttür fərzdir. Çünki ayəti kərimədə xanımların təsəttürə riayət etməsi belə əmr edilir:

Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!”(Əl-Əhzab, 59)

Geyinmiş çılpaqlar:

Rəsulullah (səllallahu əleyhi və səlləm) əfəndimiz təsəttürün əhəmiyyəti ilə əlaqəli olaraq bir hədisi-şəriflərində belə buyurmuşdur:

“Cəhənnəmliklərdən onları hələ dünyada görmədiyim iki qrup vardır: Biri, heyvan quyruqları kimi şallaqlarla insanları döyən bir birlik, digəri isə, geyinmiş olduqları halda çılpaq görünən və başqa qadınları özləri kimi geyinməyə məcbur edən və başları dəvə hörgücünə bənzəyən qadınlardır. Bəli, bu qadınlar Cənnətə girə bilmədikləri kimi, uzaq məsafədən cənnətin qoxusunu belə ala bilməzlər. “(Müslim, Cənnət, 52)

Buradakı “geyinmiş çılpaqlar” ifadəsiylə nəzərdə tutulan, yalnız bəzənmək üçün geyinən, çölə çıxarkən daha cazibədar və diqqət çəkici paltarlar istifadə edən və bədən xəttləri müəyyən olacaq şəkildə dar, nazik və ya şəffaf paltarlar geyən kəslərdir.

Hicab əmri, İslamda qadına verilmiş olan yüksək mövqe və qiymətin mühüm bir təzahürüdür. Necə ki qiymətli xəzinələr, ən gözəl şəkildə mühafizə edilib, onlar oğruların gözləri önünə sərilmədiyi kimi, müsəlman qadın da, ona verilən yüksək qiymət səbəbiylə xarici baxışların bezdirici və incidici təsirindən təsəttür sayəsində mühafizə edilməkdədir. Təsəttürün ən böyük hikmətlərindən biri də budur.

Ayəti-kərimədə belə buyurulur:

Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)”(ən-Nur, 31)

Qadının örtünməsiylə qadınlıq şəxsiyyəti qorunur. Qadın, örtüsüylə qarşısındakına bir zəriflik və nəzakət hissi verməkdədir. Əks halda qadın, hicabdan uzaqlaşaraq özünü cəmiyyətə bir növ aşkar etmiş, nəzakət və zərifliyini zədələmiş olur. Beləcə nəfsani arzuları təhrik edən bir şəhvət vasitəsi halına gətirilmiş olur. Bu isə onun şəxsiyyət və ləyaqətini ayaqlar altına alaraq analıq vüqarını zəifliyə düçar edər.

Qadının cazibəsi, təsəttür əmri ilə yalnız ərinə təsis edilmişdir. Çünki qadın və kişi arasında nəslin davamı üçün bir-birlərinə qarşı dəyişməz bir fitri təmayül mövcuddur. Hicab əmrinə riayət edilmədiyi təqdirdə bu meyil, insanı, ilahi hüdudları tapdalamaq kimi fəlakətlərə düçar edər. Bu isə cəmiyyətdə əxlaqi çöküntüyə səbəb olur.

İslam, zahirən cazibəsi olmayan bir qadına da təsəttürü əmr etmişdir. Yəni “Bu qadın, başını, qolunu və ayaqlarını açsa da açmasa da bir şey fərq etməz, onsuz da diqqət çəkici deyil.” Deyilə bilməz. Burada qadının, təsəttürlə qadınlıq qürurunun qorunması əsasdır. Necə ki təsəttürə riayətsizliyin nəticəsini göstərən bu hadisə nə qədər ibrətlidir:

Həzrəti-i Aişə (radiyallahu anhə)-nın yanına, Şamlı qadınlardan bir qrup gəlmişdi. Həzrəti Aişə:

“-Sizler Hərhalda, xanımları hamamlara girən (orada təsəttürə diqqət etməyən) bölgədənsiniz!” Dedi.

Qadınlar;

“Bəli!” Deyə cavab verdilər.

Həzrəti-i Aişə:

“-Amma Mən, Rəsulullah (səllallahu əleyhi və səlləm)-in; «Paltarını evinin xaricində bir yerdə çıxaran (yəni təsəttürə diqqət etməyən) hər qadın, mütləq Allah ilə öz arasındakı pərdəni cırmış olur.» Buyurduğunu eşitdim. “dedi. (Əbu Davud, Xammal, 1/4010; Tirmizi, Ədəb, 43/2804)

Mənbə:islamveihsan.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 352 dəfə.

calal calalov

Read Previous

Ailənin təməl xüsusiyyətləri nələrdir

Read Next

Saleha qadının özəllikləri

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.