• 16 İyul 2019

Təvazö nədir? Mutəvazi insanın özəllikləri nələrdir?

tevazu11Ayəti kərimədə buyurulur: “Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edərik. (Ən gözəl) aqibət ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir!”(Əl-Qəsəs, 83)
Tevazö sahibi insana təvazökar deyilir. Təvazö; alçaq könüllü olmaq, Haqq qarşısında heçliyinin idrakına dərk edə bilməkdir. İnsan özündə olan elm, vəzifə və mal-mülk kimi hər hansı bir nemət səbəbiylə, bunlardan məhrum olanlara qarşı üstünlük iddia edərək onlara maddi-mənəvi haqsızlıq etməməlidir.
Təvazökar insanın özəllikləri bunlardır:
Təvazö, bir çox gözəl xüsusiyyətlərin özünə bağlı olduğu müstəsna bir fəzilətdir:
* Təvazökar mömin əfv edəndir. İnsanları əfvetdiyi üçün, hər zaman ilahi əfvə layiq olmanın səyi içində olar.
* Təvazökar mömin, pisliyə dahi yaxşılıqla qarşılıq edər.
* Təvazökar mömin, başına gələn əza və cəfaları, özü üçün bir təmizlənmə və əcr vəsiləsi bilər. Səbir, riza və həmd halına bürünər.
* Təvazökar mömin, comərd olur. Çünki özündə bir varlıq görməz, əlindəki varlığı özününkü saymaz. Özünü bir əmanətçi olaraq görər. Buna görə, Haqdan gələni yenə Onun yolunda sərf etmək, təvazökar qula çətin gəlməz. Əksinə infaq edə bilmək, ona tərifsiz bir ləzzət verər.
* Təvazökar mömin, xidmət əhli olar. Yüksək bir məsuliyyət duyğusu içində, özünü xidmətlə mükəlləf görər.
* Təvazökar mömin, fədakardır, zərifdir, incə ruhludur.

Mənbə:İslamveihsan.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 102 dəfə.

calal calalov

Read Previous

Anam-atam Sənə fəda olsun ya Rasulallah

Read Next

Genişlənən kainat

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.