• 25 Aprel 2019

Tarixi Sultan Əhməd Məscidində sürüşmə baş verib (VİDEO)

Tarixi Sultan Əhməd Məscidində sürüşmə baş verib

 

Təmir məqsədilə təhlükəsizlik üçün qeyri-müəyyən müddətə qədər məscidin bir hissəsi bağlanacaq.

İstanbulun ən əhəmiyyətli tarixi əsərlərindən biri – 404 illik tarixi olan Sultanahmet Məscidinin 4-cü minarəsinin 3-6 santimetr sürüşdüyü müəyyənləşib. Türkiyə Vəqflər Ümumi Müdirliyi tərəfindən təcili tender qərarı verilib və minarənin bir hissəsi sökülüb yenidən inşa olunacaq.

“Bu minarədə 3-5 sm-lik sürüsmə var. Restavrasiyaya başlanacaq. Bu İstanbulun tarixini qoruyub, saxlamaq üçün olunacaq. Hələ tam qərar verilməyib. Bəlkə bir qismi bağlanacaq, bəlkə də təmamilə. Allah qorusun minarə uçsa, böyük bir səs-küyə səbəb ola bilər” – deyə tarixi məbədin nümayəndəsi Cumhur Numan Tashduman qeyd edib.

Lakin minarə tarixinin qorunması üçün ikinci şərəfə (eyvan) üstündəki hissəsinin daşları nömrələnərək söküləcək. Minarədəki işin önümüzdəki həftə başlaması gözlənilir.

İnşaat işləri zamanı təhlükəsizlik üçün qeyri-müəyyən müddətə qədər məscidin bir hissısi bağlanacaq.

Xatırladaq ki, “Sultan Əhməd” camesi 1609 – 1616-cı illər arasında Osmanlı padşahı I Əhməd tərəfindən tikdirilib. Mavi, yaşıl və ağ rəngli keramika lövhələrlə bəzədilmiş tarixi binaya avropalılar “Blue Mosque” (Mavi Məscid) deyir. 6 minarəsi olan məbədin memarı Sədəfkar Mehmet ağadır.

 

Mənbə: anspress.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 79 dəfə.

dbabayev

Read Previous

Şeyxülislamın Məhərrəm ayı ilə bağlı xalqa Müraciəti

Read Next

Məsciddə azan oxunmazdan əvvəl namaz qılmaq olarmı?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir