• 23 Sentyabr 2019

Tövbə

tovbeاَللهُ أَفْرَحُ بِتَوْبَةِ عَبْدِهِ مِنْ أَحَدِكُمْ سَقَطَ عَلَى بَعِيرِهِ وَقَدْ أَضَلَّهُ فِي أَرْضٍ فَلَاةٍ

Bəndəsinin tövbə etməsinə görə Allahın sevinci sizdən birinin kimsəsiz səhrada itirmiş dəvəsini tapdıqda keçirdiyi sevinc hissindən daha çoxdur. (Buxari. Dəavət 4, Müslim, Tövbə 1,7,8)
Sanki bu hədisi şərif Allahu Təalanın sonsuz mərhəmətini çarpıcı bir şəkildə ortaya qoyaraq, günahlarla kirlənmiş qəlbləri bağışlanma ümidi ilə sərinlədir. Dünyanın sahibi olan Uca Allahın, aciz insanın Ona yönələrək məni bağışla deyərək tövbə etməsindən xoşu gəlməsi çaşdırıcıdır. Deməli insan Allahın yanında sadə bir varlıq deyil, əksinə, Rəbbini tanıdığı müddət ərzində önəmli bir varlıqdır.
Müxtəlif səhabələr tərəfindən bizə çatdırılan bu hədisi-şərifin bəzi rəvayətlərində, dəvəsini itirən adamın düşdüyü ümidsizlik daha təəccüblü ifadələrlə izah edilməkdədir. Dəvəsini tapmaq üçün təpədən-təpəyə qaçdığı, heç bir yerdə tapa bilmədiyi, sonunda, artıq dəvəmi tapa bilməyəcəyəm, bu kimsəsiz səhra çölündə aclıq və susuzluqdan ölüb gedəcəyəm deyə bir kölgəliyə çəkildiyi, paltarıyla üzünü örtüb ölümü gözlədiyi təsvir edilməkdədir.
Ölümü gözləyərkən yenidən həyata qovuşmaq, insanoğlunu ən çox sevindirən bir hadisədir. Hədisimizə görə insanın əl açıb yalvarması, bağışlanma diləməsi Allah Təalanı bundan da çox məmnun etməkdədir.
Hədisi şərifdəki misaldan bunu da anlamaqdayıq: İnsan bir günah işlədiyi zaman şeytanın əlinə düşər. Şeytanın əlinə düşən kimsə isə, səhra çölündə dəvəsini itirən adam kimi, həlak olmaq üzrədir. Lakin Allah Təalaya yönəlib tövbə və istiğfar etdiyi zaman şeytanın əlindən xilas olar, Cənabı Haqqın hədiyyəsini və rəhmətini qazanar.

إِنَّ الله عَزَّ وَجَلَّ يَقْبَلُ تَوْبَةَ العَبْدِ مَالَمْ يُغَرْغِرْ

Qulunun can verənə qədər etdiyi tövbəsini Allah-Təala qəbul edər. (Tirmizi, Dəavat 98, İbn Macə, Zöhd 30)
Tövbənin müəyyən bir zamanı olmadığını, insanın hər vaxt tövbə edə biləcəyini ifadə edən hədisi şəriflərdən biri də bu hədisi şərifdir. İnsanoğlunun ən böyük arzularından biri, uzun ömür yaşamaqdır. Yaşı nə olursa olsun, qarşısında daha çoxlu illər olduğunu düşünər. Heç olmasa uzun bir müddət daha yaşamağı xəyal edər. Bu səbəblə də günahlarından tövbə etmək üçün qarşısında daha çox zamanın olduğunu zənn edər. Qırx yaşından, əlli yaşından sonra ibadətə başlayacağını söyləyən insanlar kimi, bir saat sonra ani bir ölümlə həyata vida edəcək insan da eyni yanılmanın qurbanıdır.
Tövbə mövzusunda insanı laqeyd edən xüsuslardan biri də, tövbəsini yeni bir günahla pozacağı fikridir. Bəziləri tövbə etdikdən sonra bir daha günah işləməyin daha böyük günah olduğunu zənn edərlər; bu səbəblə də tövbə etməyi irəli bir tarixə saxlayarlar. Bu düşüncə İslamiyyəti bilməməkdən qaynaqlanır. Hədisi şəriflərdə, Peyğəmbər Əfəndimizin (s.ə.s)-in gündə yetmişdən çox tövbə etdiyini (Buxari, Dəavat 3), başqa bir rəvayətdə gündə yüz dəfə tövbə etdiyini bilirik (Müslim, Zikr 42). Peyğəmbərimiz (s.ə.s) günahlardan qorunmuş bir kimsə olduğu halda, gündə bu qədər tövbə edirdisə, o halda tövbənin pozulması deyə bir şey yoxdur. Hər tövbə bir əvvəlki günahın bağışlanması üçün edilər. Günah işləndikcə də tövbə təkrarlanar. Yeni bir günah işləməmək, əlbəttə arzu edilən şeydir. Lakin insanın səhvlərdən xilas olması, mələklər kimi günahsız olması mümkün deyildir.
Bu halda tövbə etməyi gecikdirməməli, daha sonra edərəm deyə düşünülməməlidir. Çünki ölümün bizi nə vaxt yaxalayacağı müəyyən deyildir. Əcəlin qollarına düşdükdən, gerçəkləri bütün açıqlığı ilə gördükdən sonra tövbə etmənin faydası yoxdur. Bu gerçək Qurani Kərimdə belə dilə gətirilməkdədir:
Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!” deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün üzücü bir əzab hazırlamışıq. (Nisa 18) Demək əcəl gəldikdən sonra tövbə etmənin faydası yoxdur.
Sizlərdən birinə ölüm gəlib: “Ey Rəbbim! Mənə bir az möhlət ver ki, sədəqə verib əməlisalehlərdən olum!”– deməmişdən əvvəl sizə verdiyim ruzidən xərcləyin. (Münafiqin 10) deyən kimsənin də eyni şəkildə sözünə dəyər verilməyəcəyi ayəti kərimədə ifadə edilməkdədir. Çünki dəyişməyən bir həqiqət vardır: Can boğaza gəldikdən sonra axirət yolu görününcə peşmanlıq duymağın və tövbə qapısı bağlandıqdan sonra tövbə etməyin heç bir dəyəri yoxdur. Çünki: Allah əcəli çatmışlara əsla möhlət verməz. Allah sizin nələr etdiyinizdən xəbərdardır. (Münafiqin 11)

Oxunub: Bu gün - 1 dəfə, Cəmi - 114 dəfə.

calal calalov

Read Previous

Quran deyir ki dini belə təbliğ et.

Read Next

Saleha bir xanımın 22 özəlliyi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.