• 28 Mart 2024

Toylarda əylənmənin hökmü nədir?

İslam dini, istər inanc və ibadət əsasları olsun, istərsə də sosial həyat və əxlaq qaydaları etibari ilə olsun, fərd və cəmiyyət olaraq insanın yaradılışına uyğundur. İslam, insanın yaradılışı etibriylə olan ehtiyaclarının, arzularının yerinə yetirilməsini önəmli hesab edir. Bu etibarla insanın maddi, biolojik ehtiyac və istəklərinin yerinə yetirilməsini uyğun görmüşdür. Mənəvi, ruhi istəklərinin də ödənməsini uyğun görməkdədir.

İlk ağla gələn xüsuslardan biri də, toylarda musiqili əyləncənin, İslami ölçülərə görə doğru olub olmadığıdır. Quran və Sünnədə musiqi dinləməyin haram olduğunu və musiqi dinləyənlərin günahkar olacağını isbat edəcək yetərli açıq dəlillərin olmadığı görünməkdədir. Necə ki, Rəsulullah (səs), nigahın duyurulması üçün dəf çalmağı nəsihət etmişdir. (Tirmizi, Nigâh, 6). Yenə bir bayram günü hz Aişənin yanında dəf çalıb mahnı oxuyan iki qız uşağını yadırğayanları, “Qarışmayın, bu gün bayramdır” deyərək xəbərdar etmişdir. “Mənim yanımda iki balaca qız Buas savaşı ilə əlaqəli mədh edici ilahilər söylərkən, Rəsulullah (səs) gəlib çıxdı. Yatağında yanı üzərinə yaslandı, üzünü o biri tərəfə çevirdi. Bu məqamda atam Əbu Bəkir içəri daxil oldu. Məni azarladı; “Rəsulullahın mübarək evində şeytan çalğısı həə!”dedi. Bunu eşidən Rəsulullah (səs) ona yönəlib: “Toxunma onara” buyurdu. Onlar söhbət edərək diqqəti bizdən ayırınca, mən uşaqlara qaş-göz edərək işarə verdim, onlar da getdilər.” (Buxari, İdeyn 2)  Başqa bir rəvayətdə hz Aişə (ra) belə anladır: “Bir bayram günü idi. Həbəşlilər məsciddə qılınc-qalxan oyunu oynayırdıllar. Mən yoxsa Rəsulullah, hansımız tələb etmişdik, xatırlamıram;

– Baxmaq istəyirsənmi? buyurdu. Mən də:

– Əlbəttə! dedim. Qalxdı, məni arxasına keçirdi, bu halda yan yana dayandıq.

– Ey Ərfidəoğulları göstərin özünüzü! Dedi. Mən baxmağa doyuncaya qədər beləcə qaldıq. (Bezdiyimi anlayınca):

– Yetərlimi? Deyə soruşunca mən:

– Bəli! Dedim.

– Elə isə  get!” (Buxari, İdeyn 2; Müslim, İdeyn, 4)

Amir İbn Sad (ra) belə anladır: “Bir gün, toyun olduğu vaxt Qaraza İbn Kab və Əbu Məsud əl-Ənsarinin yanına vardım, orada qız uşaqları mahnı oxuyurdular. Mən dözə bilməyərək: “Sizlər Rəsulullahın Bədrdəki səhabələrindən olduğunuz halda hüzurunuzda belə bir iş olsun, bu necə olur?” dedim. Onlar da, “Otur, istəyisənsə sən də dinlə, istəyirsənsə də get. Bizə toyda əylənmə icazəsi verilib!” dedilə.” (Nəsai, Nigah  80)

Bütün bunları nəzərə alan alimlər, toy və bayramlarda insanların haram ifadələr işlətmədən, haram olan işlər görmədən dəf çalıb mahnı oxuya biləcəklərini , əylənə biləcəklərini söyləmişdir. (Kəttani, ət-Təratibül İdariyyə II 79-80)  Ancaq haram olan bir şeyi göz önünə sərmək, haramları gözəl göstərmək, şəhvət hisslərini təhrik etmək və gizlilik haqlarına riayət etməmək kimi davranışlar caiz deyildir. Bir mömin iştirak etdiyi məclisin xeyirlimi (dini ölçülərə riayət edilən), şərlimi (dini ölçülərin yox sayıldığı) olduğuna hər zaman diqqət etməlidir.

Read Previous

Qadınların öz aralarında başlarını açmaları və ya əylənmələri caizdirmi?

Read Next

Təsbeh namazı camaatla birlikdə qılına bilərmi?