• 20 Aprel 2024

Türkiyə Baş Nazirliyinə qarşı terror təşəbbüsü

51787

Saxlanılan şəxsin köynəyini açmağa çalışdığını görən baş nazirlik təhlükəsizlik xidmətinin əməkdaşı özünü onun üstünə ataraq onun əllərindən istifadə etməsinin qarşısını alıb…

Türkiyə baş nazirliyinin ofisinin yaxınlığında üzərində bomba olduğu ehtimal edilən bir nəfər saxlanılıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, saxlanılan şəxsin köynəyini açmağa çalışdığını görən baş nazirlik təhlükəsizlik xidmətinin əməkdaşı özünü onun üstünə ataraq onun əllərindən istifadə etməsinin qarşısını alıb. Daha sonra üzü üstə yerə uzadılan şübhəlinin üzərində axtarış aparılıb. Üzərindən bomba çıxan şəxs daha sonra hadisə yerindən uzaqlaşdırılıb. Məsələ ilə bağlı araşdırmalara başlanılıb.

Aparılan araşdırmalardan şəxsin Tuğrul Bayır adlı bir vətəndaş olduğu məlum olub.

Hadisə yerində və Baş nazirlik ətrafında geniş təhlükəsizlik tədbirləri alınıb. Ətrafdakı yollarda nəqliyyatın gedişi müvəqqəti olaraq məhdudlaşdırılıb.

Mənbə: ANS PRESS Keçid üçün klik et

Read Previous

Səudiyyə ərəbistanıda 5 gündür davam edən şiddətli yağış səbəbi ilə ölən və itkin düşənlər var

Read Next

Prezident İlham Əliyev Məhəmməd Əmin Rəsulzadə ilə bağlı sərəncam imzaladı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.