• 28 Mart 2024

Türkiyə Qarabağ müharibəsində

55832Qarabağda müharibə başlayarsa, Türkiyədən minlərlə gənc könüllü olaraq döyüşlərə qatılacaq.

ANS PRESS-ə bu barədə Türkiyənin İqdır şəhərində yerləşən Azərbaycan Evi Dərnəyinin başçısı Sərdar Ünsal bildirib.

“Birinci Qarabağ savaşının başladığı 1992-ci ildə də Türkiyədən həm Azərbaycan türkləri, həm də Türkiyə türkləri sərhədi keçərək Qarabağda ermənilərə qarşı qəhrəmancasına döyüşmüşdülər. Naxçıvanda da ermənilərə qarşı döyüşən könüllü türk gənclər var idi. Bu gün də döyüş başlayarsa, Qarabağa gedib Azərbaycan əsgərləri ilə çiyin-çiyinə vuruşaraq canından keçməyə can atan minlərlə könüllü gənc var. Qarabağa getmək istəyən gənclər hər gün bizə müraciət edirlər”,- deyə Sərdar Ünsal vurğulayıb.

Amma onun sözlərinə görə, Türkiyə azərbaycanlıları Qarabağ məsələsinin sülh yolu ilə həll edilməsini tərəfdarıdırlar. “Lakin münaqişə dinc yolla həll edilməzsə, torpaqlarımızın döyüş yolu ilə geri alınmasını tələb edirik. Bu gün Azərbaycan güclü bir dövlətdir. Güclü ordusu və silahı var, işğal edilən torpaqları geri ala biləcək gücdədir”,- deyə dərnək başçısı vurğulayıb.

Sərdar Ünsal Azərbaycan ordusunun qələbə çalacağına inanır: “Ermənistan bilir ki Azərbaycan 1992 ci ildəki vəziyyətdə deyil, çünki Azərbaycan 22 il içində son model silahlara sahib güclü bir ordu yaradıb. Döyüş olarsa, mütləq Azərbaycan ordusu qalib gələcək”.

mənbə:

anspress.com

Read Previous

Fitrə sədəqəsi kimlərə,nə üçün və necə verilməlidir?

Read Next

Yeni prezidentin ilk səfəri Azərbaycanadır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.