• 29 Mart 2024

TÜRKİYƏ PREZİDENTİ AYASOFİYANIN İBADƏTƏ AÇILMASI ÜÇÜN GÖSTƏRİŞ VERDİ

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan, Ayasofiyanın məscid kimi fəaliyyətə başlaması istiqamətində hüquqşünaslara göstəriş verib. Bu barədə Türkiyədə nəşr olunan “Hürriyet” qəzetinin köşə yazarı Abdulkadir Selvi yazdığı məqalədə bildirib.    

Selvi bildirir ki, bu məsələ “Ədalət və İnkişaf Partiyası”nın (AKP) R. T. Ərdoğan rəhbərliyində keçirilən iclasında gündəmə gəlib. Ərdoğanın, Ayasofiyanın məscid kimi fəaliyyət göstərməsi yönündə Fatih Sultab Mehmet xanın vəsiyyəti olduğunu xatırlatdığı bildirilir.

Məlumata görə, bu mövzu daha əvvəl gündəmə gətirildiyi zaman, “Əvvəla digər məscidləri dolduraq” – deyə cavab verən Ərdoğanın bu dəfə, “Ayasofiyanın yenidən ibadətə açılması üçün təkliflər hazırlayın.” – dediyi qeyd edilib.

Abdulqadir Selvi bildirir ki, Ərdoğanın Ayasofiyanın ibadətə açılmasına müsbət yanaşmasının bir neçə səbəbi var:

1.       İstanbulun fəth edilməsinin 567-ci il dönümündə Ayasofiyada Fəth surəsinin oxunmasının digər siyasi partiyaların tərəfdaşı olan vətəndaşlar tərəfindən də dəstəklənməsi.  

2.       Yunanıstanın, Ayasofiyada Qurani-Kərim oxunmasına göstərdiyi reaksiyaya görə hiss edilən narahatlıq.

3.       Ayasofiyanın Türkiyə respublikasının ərazisində olması səbəbilə, ölkənin suverenliyinə qarşı nümayş edilən mövqenin qəbul edilməsinin mümkün olmadığının göstərilmək istənməsi.  

Selvi bildirib ki, hal-hazırda hüquqşunaslar Ayasofiyanın muzey olması üçün hazırlanan sərəncamın ləğv edilməsinin bu problemi həll edib-etməyəcəyini müzakirə edirlər.

islamveirfan.com

Read Previous

HƏZRƏTİ ƏLİNİN NAMAZ VAXTI TİTRƏMƏSİNİN SƏBƏBİ

Read Next

HƏSƏN BƏSRİNİN DUA İSTƏYƏNLƏRƏ AYƏTLƏ TÖVSİYYƏSİ