• 28 Mart 2024

Türkiyədə bir ilk: karlar və lallar da cümə xütbələrini dinləyə biləcəklər

hutbe-kar-lal “Ti-Vi Net” telekanalı yeni layihə həyata keçirir.

Türkiyənin “Fateh” məscidində qılınan cümə namazını birbaşa efirlə yayımlayan “Ti-Vi Net” telekanalı bir ilkə daha imza atacaq.
Belə ki, telekanal kar və lal vətəndaşların cümə xütbələrindən faydalanmaları üçün mətni işarə dili ilə efirə verəcək. Artıq bir ildir ki, “Fateh” məscidində qılınan cümə namazını birbaşa efirlə tamaşaçıların nəzərinə çatdıran telekanalın həyata keçirəcəyi layihə ilə İstanbulda yerləşən məsciddə ifa olunan xütbəni kar və lal vətəndaşlar da başa düşə biləcək.

“Fateh” məscidinin imamı Hafiz Osman Şahin Din İşləri Nazirliyinin builki məscidlər həftəsini “Əlillər ili” elan etməsindən sonra müxtəlif layihələr həyata keçirmək qərarına gəldiklərini deyib.
/azerimuslims/

Read Previous

Ərdoğan: “İctimai məkanlarda başörtüyü problemi aradan qaldırılacaq”

Read Next

Bir-birinizə qarşı kin saxlamayın!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.