• 20 Aprel 2024

UKRAYNADA QURBAN VƏ RAMAZAN BAYRAMLARI DÖVLƏT BAYRAMI OLACAQ

Ukrayna Prezidenti Vladimir Zelenski müsəlmanların Qurban və Ramazan bayramlarını dövlət bayramı etmək qərarına gəlib.

Bu barədə Ukrayna prezident administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Krım tatarlarının sürgün edilməsinin 76-cı il dönümü ilə əlaqədar Krım tatarlarının nümayəndələri ilə görüşən Zelenski onların yüksək diplomatik səviyyədə təmsil olunmalarının vacibliyin vurğulayıb. Ukrayna lideri Əminə Caparovanın Xarici İşlər nazirinin birinci müavini postuna namizədliyini də qəbul edib.

Bundan başqa Vladimir Zelenski Krım tatarlarının problemlərinin həlli üzrə işçi qrupunun yaradılacağını və Kiyevdə böyük məscid inşa ediləcəyini bildirib.

Ukrayna prezidenti, ramazan və qurban bayramlarına rəsmi status qazandıracaq qanun layihəsinin bir neçə gün ərzində imzalayacağını deyib.  

islamveirfan.com

Read Previous

QƏDR GECƏSİ NƏ VAXTDIR?

Read Next

QMİ: MƏSCİDLƏRDƏ BAYRAM NAMAZININ QILINMASI MÜMKÜN DEYİL