• 18 Aprel 2024

Ümidsiz olmayın!

16_Eylul_2011_13_10_07_4253503680 Möhtərəm möminlər, Ümid var olmanın səbəbidir. Bir insanın əlindən ümidini alsanız, o, yaşamaq, var olmaq səbəbini itirər. Ümidi ölərsə, insanın yaşamaq arzusu qalmaz və həyat eşqi sönər.
Ümidin keçmişlə heç bir bağı yoxdur, o, yalnız gələcəklə əlaqədardır. Bir şeyə ümid edilməsə, onun olması mümkün deyil. Ümid edənlə, ümid edirmiş kimi görünən fərqlidir. Ümid inamdır. Allaha, Onun vədlərinə, Onunla qovuşacağına inanmaqdır. “Münafiq” müsəlman olan deyil, müsəlman kimi görünəndir. Onun imanında problem olduğu üçün o, münafiqdir. Ümidini itirdiyi üçün iman problemi yaşayır. Ümidsizlük isə küfürdür.
Həzrəti Adəm xəta etdiyi anda geriyə dönüş olmadığını düşünərək ümidsizliyə qapılmadı. Allahdan ümidini kəsmədi, tövbə edərək günahında israr etmədi, peşman olduğunu dilə gətirərək bağışlanacağına ümüd etdi. Allah da onu bağışladı. İblis ümidsizləşdiyi üçün günahında israr etdi. Bağışlanacağına ümid etmədi. Hər ümidini itirən insan İblisin dostudur. Ümid olmasaydı, kimsəsiz səhrada Həzrəti İbrahim insanları həccə çağırmazdı. O, ümid edib çağırmasaydı, əsrlər sonra biz bu çağırışı eşidib, o dəvətə cavab olaraq həccə getməzdik.
Həzrəti Nuh ümid etməsəydi, quruda gəmi düzəltməzdi. O, gəmiyə minərkən, dayanacağı məkan üçün də öncədən “bismillah” deyirdi. Gəminin sağ-salamat mənzilbaşına çatacağına ümid edirdi. Tufandan sağ çıxacağına ümidi olmasaydı, varacağı məkan üçün “bismillah” deyərdimi?
Həzrəti Musanın anası ümid etməsəydi, Musanı bir beşikdə Nil çayına atardımı? Deməli, Allaha ümid etsən, inansan, O da Musanı Fironun, – yəni düşməninin, – evində belə olsa yetişdirər.
Bir iş görənlər ümidli olanlardır. Ümüd etdikləri üçün dayanmadan zəhmət çəkirlər. Heç bir halda ümidlərini itirmirlər. Ümidsiz olanlar isə sadəcə yatarlar. Ya da ki, başqa bir deyimlə yatanlar ümidsizlərdir.
Uca Allah Qurani Kərimlə bizə ümid dərsi verir. Peyğəmbərlərini örnək göstərir. Onların müjdələri gələcəyə ümüdlə bağlıdır. Onlara iman etməyənlər isə ümidsizlərdir. Gələcəklə bağlı bütün ümidlərini itirdikləri üçün inkar etdilər. Həlak olan qövmlər niyə mələk Peyğəmbər istədilər? Onların heç biri peyğəmbərliyi inkar etmədilər. Lakin “bir mələk göndərilməli deyildimi?” deyə sual verdilər. Çünki insana olan ümidlərini itirmişdilər. İnsan nəslindən bir peyğəmbər çıxacağına olan ümidləri ölmüşdü. Ona görə peyğəmbərlər göndərilərkən iman edənlərə ümid verir, onları gələcəkdə olacaq xeyirlə müjdələyirlər. Allaha və axirət gününə ümid bəsləyənlər üçün cənnət kimi bir gələcəyi söz verirlər.
Əziz möminlər, Xütbəmə ümidlə əlaqəli bir necə ayə ilə son verirəm: Uca Allah buyurur:
“Məhz Mənim mərhəmətimdən ümidlərini kəsənlər Allahın ayələrini və Onunla qarşılaşacaqlarını inkar edənlərdir. Elə onlar üçün ağrılı-acılı bir əzab vardır.”
“Məgər gecə saatlarını səcdə edərək və ayaq üstə duraraq ibadət içində keçirən, axirətdən çəkinən və Rəbbinin rəhmətinə ümid bəsləyən kimsə kafirlə eynidirmi? De: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? Bundan ancaq ağıl sahibləri düşünüb ibrət alarlar”.”
“Ey iman gətirənlər! Allahın qəzəbinə gəlmiş adamlarla dostluq etməyin. Kafirlər qəbirdəkilərin bir daha diriləcəyinə inanmadıqları kimi, Axirət gününə də ümid etmirlər.”
“Nə üçün biz Allaha və bizə gələn haqqa inanmayaq? Biz ki Rəbbimizin bizi əməlisaleh camaatla birlikdə Cənnətə daxil edəcəyinə ümid edirik”.
“İnsanlara bir mərhəmət daddırdığımız zaman ona sevinərlər. Onları öz əlləri ilə etdikləri əməllərə (qazandıqları günahlara) görə bir müsibətə düçar etdikdə isə dərhal məyus olarlar (hər şeydən ümidlərini üzərlər).”
“Həqiqətən də, iman gətirənlər, hicrət edənlər və Allah yolunda cihad edənlər, Allahın mərhəmətinə ümid edirlər. Allah Bağışlayandır, Rəhmlidir.”
“Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz (Allah yanında inanmayanlardan) çox yüksəkdə durursunuz!”

5 Fevral 2016/25 R. Axır 1437

Read Previous

İKİ NƏFƏS ARASI BİR ÖMÜR

Read Next

Uşağınız oyun mübtəlasıdırsa…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.