• 19 Mart 2024

Universitetdə Hicab qadağası. “biz icazə vermirik”-AUDİO

08ebf71ab73222fbbefe3b10163d3783_LSDU-nun prorektoru Nizami Namazov: “İlham Əliyevin ölkənin təhsil ocaqlarında hicabın qadağan olunmaması ilə bağlı fikirləri tamamilə doğrudur. Sadəcə bizim universitetdə, bütün tələbələr kimi hicablı tələbələr də, müasir formada geyinməlidir”

Yeni təhsil ilində 1-ci kursa başlamaq istəyən bir neçə hicablı tələbə bu gün Sumqayıt Dövlət Universitetinə daxil olsa da, universitet rəhbərliyi onları təhsil ocağına buraxmayıb. Nəticədə tələbələr universitetə daxil ola bilməyiblər. Bu barədə AzadXeber.az-a universitet işçiləri məlumat veriblər.

Baş verənlərə aydınlıq gətirmək SDU-nun Humanitar Məsələlər Üzrə prorektor Nizami Namazovla əlaqə saxladıq. AzadXeber.az-a açıqlama verən universitet rəsmisi faktı təsdiqlədi və bu gün I kurs tələbəsi olan 3 nəfər hicablı tələbəni dərsə buraxmadıqlarını söylədi.

Sonra prorektor atdıqları addımları belə əsaslandırdı:

“Həmin tələbələrlə söhbət zamanı onlara bildirdik ki, sizin şəxsiyyət vəsiqənizdəki fotonuz başı açıq olduğu kimi, universitetə də hicabsız gəlməlisiniz. Bizim universitet dünyavi bir təhsil ocağıdır və burada ilahiyyatla bağlı hər hansı dərs keçirilmir. Ona görə də, hicabla dərsə gəlmək olmaz. Düzdür ki, Azərbaycan bayrağının rənglərindən biri məhz islamla bağlıdır. Amma bu o, demək deyil ki, universitetə hicablı gəlməlisən. Bu baxımdan universitetə sivil qaydada geyinərək gəlmək lazımdır.”

“Təxminən bir il bundan öncə ölkə başçısı İlham Əliyev xarici media orqanlarından birinə müsahibəsi zamanı Azərbaycanın təhsil ocaqlarında hicab qadağasının olmadığını bildirmişdi. Sizin atdığınız bu addım, ölkə başçısının sözləri ilə ziddiyyət təşkil etmir ki”, – sualını da cavablandıran Nizami Namazov İlham Əliyevin tamamilə doğru söylədiyini açıqladı: “Düzdür ki, ölkəmizdə belə bir qadağa yoxdur. Amma hər bir orta məktəbin və ya universitetin özünəməxsus geyim qaydaları olmalıdır.”

-Sizin universitetdə vahid geyim forması tətbiq edilirmi?
-Xeyr
-Bəs onda hicablı tələbələrlə bağlı niyə belə bir tələb irəli sürürsünüz?
-Universitetə müasir formada geyinərək gəlmək sadəcə olaraq bir tələbdir
-Sizcə hicabın müasirliyə hər hansı bir formada maneəsi nədir ki?
-Əlbəttə ki, hicab özü dini geyimi göstərən bir şeydir

Əməkdaşımızın “ölkə konstitusiyasına görə, hər bir vətəndaşın təhsil almaq, din və vicdan azadlığı hüququ var. Eyni halda hər bir qurum, idarə və təhsil ocağı daxili nizamnamə qaydası hazırlayarkən ölkə konstitusiyasını əsas götürməlidir. Əgər hazırlanan daxili nizamnamə ölkə konstitusiyasının hər hansı bir bəndinə ziddi olarsa, onda həmin nizamnamə əsassız sayılır. Deyilənləri nəzərə alsaq, sizin hicablı şagirdlərlə bağlı qoyduğunuz qayda nə dərəcədə qanunidir”, – sualını da cavablandıran Nizami Namazov bildirdi ki, SDU-nun daxili nizamnamə qaydasında hicabı qadağan edən hər hansı bir maddə yoxdur : ”Biz də öz növbəmizdə tələbələrimizə təklif edirik ki, universitetə hicabsız gəlsinlər. Yenə deyirəm ki, universitetimiz dünyavi elmləri tədris edən ali bir məktəbdir və tələbələrin hamısı müasir geyim formasında universitetə gəlməlidir.”

– Təklifiniz qəbul etməyib hicabla gəlmək istəyən tələbələr olarsa, onlar universitetə buraxılacaqmı?

-Bizim universitetdə 4500 tələbə təhsil alır. Onların hamısı kimi, hicablı şagirdlər də bizim tələblərimizə riayət etməlidir.
-Sizcə sizin atdığınız bu addımlar qeyri-qanuni və konstitusiyaya zidd deyilmi?
-Xeyr heç bir qanuna zidd deyil

mənbə: sunna.az

Read Previous

Qurban bayramı ilə əlaqədar qadağalar

Read Next

Səfərlərin ən müqəddəsi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.