• 29 Mart 2024

Uşağınız oyun mübtəlasıdırsa…

komputer uasqBalacadan böyüyə bütün uşaqlar əllərində telefon, evlərində kompyuter, bir oyun  dünyası içində yaşayırlar. Bəs nəyə görə uşaqlar həqiqi  həyatdansa virtual aləmə üstünlük verirlər? Uşaqların  hamısımı oyun mübtəlasıdır? Kompyuteri qadağan etmək problemi həll edərmi? Bu gün yuxarıdakı suallara cavab tapmağa çalışacağıq.
Artıq həyatımız ağıllı telefonlar və kompyuterlərlə əhatə olunub. Bir çox orta məktəblərdə planşetlə, kompyuterlərlə  təhsil sisteminə keçilib. Artıq demək olar ki, bütün uşaqlarda cib telefonu var.
Əlbəttə bunun yaxşı tərəfləri də var. Məsələn, uşaqlar bəzi informasiyaları daha tez əldə edə bilirlər, texnologiyadan başları çıxır və sair.
Ancaq pis tərəfi də ondan ibarətdir ki, uşaqlar kompyuter asıllığına mübtalə olurlar. Demək olar ki, hər bir valideyn övladının telefon və kompüterdən əl çəkmədiyindən, buna görə dərslərinə ciddi vaxt ayırmadıqlarından şikayətlənir.
Araşdırmalar göstərib ki, pis vərdişlərdəki asılılıqlarda  olduğu kimi, oyun mübtəlaları da adətən qapalı, utanğac, heç kəslə ünsiyyət qurmağı sevməyən uşaqlar olur. Bu gün asılılıq yaşı 6 yaşa qədər enib, əsas risq qrupu isə  10-17 yaş arası uşaqlardır.
Xüsusilə sosial münasibətləri zəif və duyğusal, insanlarla ünsiyyət qurmaqda çətinlik çəkən, normal həyyatdan istədiyi qarşılığı görməyən və ya rəddedilməkdən qorxan uşaqlar, həqiqi həyatda bacarmadığı üstünlüyü, kompüter oyunlarında  qazanmaq istəyir.
Oyun dünyası niyə bu qədər cəlb edici olur?
Asılığın səbəbini başa düşmək üçün ilk əvvəl uşaqların bu oyunu oynama səbəblərini araşdırmaq lazımdır. Kompyuter oyunlarındakı rəngli təqdimat, aksiyon oyun dünyasını həqiqi həyatdan daha həyəcanlı edir. Uşaqlar kitab oxuyarkən  olduğu kimi xarakterləri özü xəyal etmir, hər şey onlara hazır şəkildə verilir. Bundan əlavə, oyunları və xarakterləri  uşaqlar özləri idarə edə bilir və hər bir qələbələrin sonu da mükafatla bitir. Məsələn, bir səviyyəni uğurla bitirən oyunçuya yeni xüsusiyyətlər verilir. Bu, virtual aləmi daha da həyəcanlı edərək, həqiqi  həyatı sadə və maraqsız göstərir.
Uşaqların kompüter asılığına mübtəla olduğunu necə anlayaq?
Bir uşağın asılı olub-olmadığını  anlamaq üçün  neçə saat oyun oynadıqlarına deyil, oyundan əlavə  nələr etdiyinə baxmaq gərəkdir.
FaktXeber.com-un araşdırmalarına görə, mütəxəssislər oyundan asılı hala gəlmiş uşaqların xüsusiyyətini bu cür sıralayırlar: Daim oyunları düşünür, bütün günü gedişləri fikirləşir, telefonla və ya kompyuterlə daha az təmasda olanda depresiyaya düşür, ailəsinə yalan danışır, dərslərindən geriləyir, oyunu problemlərdən uzaqlaşmaq üçün istifadə edir.
Oyun oynamasına rəğmən məktəb həyatının vacibatlarını yerinə yetirən, normal ailə əlaqələri və yaxşı bir sosial yaşamı olan  uşaqlar  asılı kimi qiymətləndirilməməlidir.
Asılığını hansı fəsadları var?
Özünü virtual  dünyada ifadə edən və günlərinin böyük qismini  oyun oynayaraq keçirən  uşaqlar, bədən dilini oxuma, səs tonundan bir şəxsin niyyətini anlama və göz təması kimi  sosial bacarıqlardan məhrum olurlar. Onlar təklikdən narahat olmur, reaksiyaları azalır, ünsiyyətcil  olmurlar  və uyğunlaşa bilmirlər. Yəni özlərini oyun dünyası ilə birləşdirən və daim online olan uşaqlar zamanla həqiqi  həyatdan qopur  və duyğusuzlaşırlar.
Belə uşaqların iştahı getdikcə zəifləyir, yuxu pozğunluğu yaranır, oynaqlarında ağrılar başlayır, aqressiv olur və nəhayət psixoloji gərginliklər yaşayırlar.
Kompyuteri əllərində almaq həll yolu deyil?
Uşaqlarınızı oyun asılılığından qurtarmaq üçün ailə fərdlərinin mənəvi olaraq var olması çox vacibdir. Məsələnin həlli üçün validyenlər oyun dünyasını anlamalı, uşaqların  nə səbəbə bu yönə  yönəldiyi təsbit etməlidir. Mütəxəssislərin fikrincə, belə halların qarşısını almaq üçün isə uşaqdan kompyuter, yaxud telefonu almaq çıxış yolu deyil.
Evinizə komyuter alarkən uşaqların nə etməsi lazım olduğunu bilməyəcəyini və boşluğa düşəcəyini əvvəlcədən görmək lazımdır. Bu texnikanın əvəzinə uşaqları  idmana və ya digər bacarıq kurslarına yazdırmaq, onların sosial istedadlarının  inkişafı üçün çalışmaq lazımdır. Ancaq uşaq həddindən artıq komyuter asılığına mübtəla olubsa, psixoloqa müraciət etmək vacibdir.
Mənbə:faktxeber

Read Previous

Ümidsiz olmayın!

Read Next

Uşaq tərbiyəsində cəza və mükafat necə olmalıdır?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.