• 20 Avqust 2019

Uşaqlarımıza ramazanı necə sevdirməliyik.

usaqveramazanTürkiye Diyanet işləri başqanlığının Ali Heyətinin mütəxəssisi Ülfət Görgülü Uşaqların 3-4 yaşlarından etibarən sorğulamağa başladığı, “Niyə oruc tuturuq, oruc nədir?” suallarına belə cavab verilməsini təklif etdi:

“‘Tuturuq, çünki Rəbbimiz əmr etdi demək bəlkə kafi olmayacaq. Əvvəlcə ‘Rəbbimizin bizə verdiyi həyat, sağlamlıq, ağıl, yemə-içmə kimi maddi və mənəvi bir çox nemətlərinə, ikramlarına bir təşəkkür olaraq oruc tuturıq. Ona olan sevgimizi, şükrümüzü və bağlılığımızı oruc tutaraq göstərəcəyik “şəklində açıqlaya bilərik. Rəbbimizin ramazan ayı içərisində oruc tutmağı möminlərə bir vəzifə olaraq verdiyini, bizim də inancımızın bir gərəyi olaraq Rəbbimizi məmnun etmək, razı etmək və onun da sevgisini qazanmaq üçün bu vəzifəni sevə-sevə yerinə gətirdiyimizidə izah edə bilərik.

Uşaqların ‘Niyə aç qalırıq?’ sualına, “Orucla, imanımızı gücləndirmiş olduğumuzu, səbr etməyi öyrəndiyimizi, dözümlülüyümüzün bu vəsiləylə artdığını, ətrafımızdakı yoxsul kəslərin bir az da olsa halını anlayabildiğimizi ifadə edə bilərik” şəklində cavab verilməsini tövsiyə etdi.

“Uşaqlara, Anacan, kəşkə bu Ramzan heç qurtarmasaydı dedirtməliyiz”

Ülfət Görgülü: ana-atalara “uşağımıza ramazanı, ramazanın gözəlliklərini, orucu izah etməmiz, əgər biz o gözəllikləri üzərimizdə daşımırıqsa, yaşantımızla, davranışlarımızla, sözümüzle bunu ortaya qoya bilmiriksə heç bir məna ifadə etməyəcək” xəbərdarlığını etdi.

“Orucluyam səninlə oynaya bilmərəm”, “orucluyam aman mənə toxunma” kimi ifadələrlə uşaqların istəklərinin qarşılıqsız buraxılmasının onun üzərindəki mənfi təsirinə diqqəti çəkən mütəxəssis, “Ata -anaların bu cür davranışlarının uşaqda, orucun, xoş, gözəl, edilməsi lazım olan bir davranış olaraq könlünə yerləşməsinə kömək olmayacağını bildirdi. Əksinə bəlkə də könül dünyasında təəssüf ki, oruca qarşı mənfi bir his yaşatmasına yol aça biləcək “ifadəsini işlətdi. Mütəxəssis, oruc tutan ana və atalara bu mövzuda bu cür tövsiyələr verdi:

“Uşaqlarımıza ramazan əvvəlindən daha xoşgörüşlü, daha çox sevgi və mərhəmətimizi göstərərək davranmalıyıq ki uşaq həm ramazanı həm orucu bizim davranışlarımız üzərindən tanısın və sevsin. Uşaq belə deməsin” Ramazan da, oruc da bir daha gəlməsin evimizə, gəldiyi zaman atam da, anam da dözülməz olurlar. Biz ramazanı da, orucu da, namazı da sevdirən olaq. Uşaqlarımıza ‘Anacan, kəşkə bu Ramzan heç qurtarmasaydı‘ dedirtməliyik. ”

“Sahurun gözəlliyini, rəhmətini yaşamasını təmin edək”

Uşaqların gözələ qarşı bir meyli olduğuna işarə edən Ülfət Görgülü: “Gözəl bir şey gördükləri zaman hiss etdikləri zaman o tərəfə doğru meyl edərlər. Ona çatmaq, onunla həmdəm olmaq istəyərlər. Uşağımız bizimlə birlikdə oruc tutmaq, namaz qılmaq istəyəcək” dedi. Bir uşağın namaz qılan bir ana atanın üstünə çıxdığını, qarşısında oynadığını xatırladaraq, “Bu davranış eyni zamanda şağın böyüklərlə o anda o havanı tənəffüs etmə istədiyinin işarəsidir” deyə bildirmişdir. Bu çərçivədə sahura qalxmaq istəyən uşaqların da bu istəyinin qarşılanması lazım olduğuna toxunan mütəxəssis, belə danışdı:

“Bizim uşağımıza mərhamətimiz, ‘Aman yuxusu bölünməsin, sahura qaldırmayaq’ demək deyil, əksinə oruc tutmayacaq olsa belə sahura qalxıb o anın rəhmətini, bərəkətini, sahur süfrəsindəki gözəlliyi yaşamasını təmin etməkdir. Bizim uşağımıza mərhamətimiz onu namazdan, orucdan uzaq tutmaq deyil, onu namazla görüşdürəcək, sevdirəcək mühitləri imkanları ona hazırlamaq. Məsələn birlikdə təravih namazına getməkdir. ”

“Uşaq oruc tutaraq böyüdüyünü göstərmək istəyir”

Uşağa oruc tutmanın və namaz qılmanın fərz olmadığını xatırladan mütəxəssis, ancaq bunun uşağın orucla və namazla vaxt keçirməsinə də mane olmadığına diqqət çəkdi. Uşaqların kiçik yaşdan etibarən bu ibadətlərə alıştırılması lazım olduğunu vurğulayan mütəxəssis, “Fərz olma çağına gəldiyi zaman uşaq çətinlik çəkmədən, istəksizlik göstərmədən orucunu tutabilsin, namazını qılabilsin. ‘Mən də sizinlə birlikdə oruc tutmaq istəyirəm’ istəyini ortaya qoyulduğu andan etibarən uşaqlarımıza, ‘Əlbəttə ki yavrum nə qədər gözəl olar ‘deyərək onu cəsarətləndirməmiz lazım olduğunu” ifadəetdi.

“Uşaq oruc tutaraq böyüdüyünü göstərmək istər. Orucun yetkinlərə aid bir ibadət olduğunu qavradığı zaman uşaq ‘Mən də böyüdüm, mən də oruc tutabilirəm’ deyərək böyüdüyünü göstərmək istər. Bizə düşən ona dəstək olmaqdır.”

“Evimizdə uşaq iftarları verə bilərik. Dəvətçi siyahısını ona həvalə edək. ‘Yoldaşlarını sən dəvət edə bilərsən, menyunu sən seçə bilərsən və sənin istədiyin şəkildə süfrəni bəzəyə bilərik’ deyilə bilər. Uşaq evlərinə, birlikdə gedərək, oradakı qardaşları ilə tanış olmaları ya da onları evlərimizə dəvət edərək ortaq iftar süfrələrində görüşmələr təmin edilə bilər. O uşaqlara öz xərcliyindən bir sıra kiçik hədiyyələr götürüb aparması təmin edilərək, insanlarla paylaşma hissi öyrədilə bilər. Uşaqlarımızın, qaçqın ailələrinin yaşadıqları mühiti ziyarət etməsi də əhəmiyyətlidir. Bu səbəbdən oyuncaqlarından, geyimlərindən bir hədiyyə paketi hazırladarak qaçqın uşaqları ziyarət etmək çox mənalı bir davranış olacaqdır. ”

Mənbə:

dinihaberler.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 48 dəfə.

calal calalov

Read Previous

QURAN TƏDRİSİNİN ƏHƏMİYYƏTİ

Read Next

Zəkat verməyənlərin cəzası nə olacaq?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.