• 29 Mart 2024

Uzun ömür, gözəl əməl haqqında hədislər

خَيْرُ النَّاسِ مَنْ طَالَ عُمْرُهُ وَحَسُنَ عَمَلُهُuzun omur

İnsanların ən xeyirlisi ömrü uzun, əməli gözəl olandır.(Tirmizi, Zöhd 21,22)

Ömür, hər birimizin dünya həyatında yaşadığı müddətdir. Onu təqdir edən də Uca Rəbbimizdir. Biz ömrümüzün nə zaman sona çatacağını bilmirik. Gördüyümüz iş yaxşı və ya pis nə olursa olsun, bu işlədiyimiz hərəkətlərə əməl deyilir. Məhz bu səbəblə qiyamət günü hər birimizin içərisində yaxşı və ya pis əməllərin yazıldığı əməl dəftərimiz olacaq. Dünyada hansı işlərlə məşğul olduğumuz bu dəftərdə yazılı olacaqdır. Buna görə də dünya həyatını Allahın istədiyi bir şəkildə yaşamamız lazımdır. Hədisin başqa bir rəvayətində “İnsanların ən zərərlisi ömrü uzun, əməli pis olandır” əlavəsi vardır. Buna görə də əsas olan ömür deyil əməlin yaxşı olmasıdır.

أَعْذَرَ اللهُ إِلَى امْرِءٍ أَخَّرَ أَجَلَهُ حَتَّى بَلَغَ سِتِّينَ سَنَةً

Allah altmış il ömür verdiyi adamın bəhanə gətirmə imkanını ortadan qaldırmışdır.(Buxari, Riqaq 5)

Dünyaya gəlməyimizin məqsədini anlamaq, həyatı başa düşmək və vəzifələrimizi yerinə yetirmək üçün insan oğlunun bir təcrübəyə ehtiyacı vardır. Bu da Allahın bizə verdiyi dünyadakı ömürdür.

“Qul xətasız olmaz” deyilmişdir. Bizlər də bu dünya da xətalarımızı düzəltməli və etdiyimiz günahlar üçün tövbələr etməliyik. Tövbə qapısı insana ömrünün sonuna qədər açıqdır.Allah-Təala da insana etdiyi xətaları düzəltmək və günahlara tövbə etmək üçün müəyyən vaxt vermişdir. Ona görə də insanın ömrünün az və ya çox olması, sağlam və ya xəstə olmasını bəhanə gətirməsi onu məsuliyyətdən qurtarmaz.

Hədisimiz də keçən altmış il dedikdə insanın yaşadığı müəyyən ömürdür. Necə ki Peyğəmbərimiz (s.ə.s) bir hədisi-şərifin də “Mənim ümmətimin (ortalama) ömrü altmış-yetmiş il arasındadır” buyurmuşdur (Tirmizi, Dəavat 101, İbn Macə, Zühd 27)

Altmış il yaşamayan insanların axirətdə hesaba çəkilməyəcəyi anlamına gəlməz. Həddi-buluğ yaşına çatan hər kəsin etdiyi işlərdən hesab verəcəyi şübhəsizdir. Ona görə də yaşlananda Allahın əmrlərini yerinə yetirərəm deməyib hər an öləbiləcək yaşda olduğumuz üçün Allahın bizə verdiyi ömrü yaxşı dəyədləndirməliyik.

 

Read Previous

Mart 2016

Read Next

Təkfir və təkfirin təhlükələri

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.