• 28 Mart 2024

Xəstə ziyarəti.

 

Əziz müsəlmanlar, sağlamlıq və xəstəlik insanların imtahan edildikləri iki mühüm xüsusiyyətdir. İnsanların hər yaşda mübtəla ola biləcəyi müxtəlif xəstəliklər vardır. Xəstəlik üzüntü və kədər mənbəyidir. Belə vəziyyətdə insan, xanımını, dostunu və qohumlarını yanında görmək, onların şirin söz və köməyi ilə təsəlli tapmaq istəyər. Hətta sağlığında itirib axtarmadığı insanların belə, onu ziyarət edib halını və əhvalını soruşmasını gözləyər. Gəlmədikləri təqdirdə isə çox kədərlənər. Ona görə də Allah Rəsulu (səs) xəstə ziyarəti kimi insanları bir-birinə yaxınlaşdıran ictimai ibadətləri bütün insanlara əmr etmişdir. Bəra bin Azib (r.a.) belə deyir:

“Allah Rəsulu (səs) bizə xəstə ziyarətini, cənazənin arxasından getməyi, asqırana “yərhəmukəllah” deməyi, and içənin andını yerinə yetirməsini, haqsızlığa uğrayana yardım etməyi, dəvət edənin dəvətini qəbul etməyi və salamı yaymağı tövsiyə etdi.”[1]

Xəstə olan adam qəlbi qırıq və həssas olur. Şanı Uca olan Allah belə insanlara daha yaxındır. Xəstələri ziyarət etmək Allah təalanın çox xoşuna gəldiyi üçün, bu ziyarətləri Özünə edilmiş kimi qəbul edir. Belə ki, Allah Rəsulu (səs) bu barədə  belə buyurur:

“Allah təala qiyamət günündə:

-Ey Adəm oğlu! Xəstələndim, məni ziyarət etmədin, buyurur. Adəmoğlu:

-Sən aləmlərin Rəbbi olduğun halda mən səni nevə ziyarət edə bilərdim, deyər. Allah təala:

-Filan bəndəm xəstələndi, ziyarətinə getmədin. Onu ziyarət etsəydin məni onun yanında görərdin. Bunu bilmirsənmi?….[2]

Bir sözlə bəndə, kimi ziyarət etdiyini deyil, kimin əmrini yerinə yetirdiyini düşünməlidir. Ona görə də Peyğəmbərimiz (səs) əshabına, bir xəstənin yanına gedincə ondan dua istəməyi tövsiyə etmiş və xəstənin duasının mələklərin duası kimi olduğunu bildirmişdir.[3]

Xəstə ziyarəti xəstənin halını və əhvalını soruşmaq, könlünü almaq və gücü çatdığı qədər ehtiyaclarını qarşılamaq deməkdir. Bu qaydada yerinə yetirilən xəstə ziyarəti güclü bir sünnətdir. Hətta vacib olduğu görşündə olan alimlər də vardır. Bir bölgədə bir xəstəni heç kim ziyarət etməz və ehtiyaclarını qarşılamazsa, orada yaşayan bütün musəlmanlar bundan məsul olurlar.

Xəstə ziyarət barəsində müsəlman, qeyri-müsəlman, tanış, yad, yaxın qonşu, uzaq qonşu arasında ayrı seçkilik edilməməlidir. Belə ki, Allah Rəsulu xəstə olan yəhudi bir uşağı ziyarət etmiş və müsəlman olmasına səbəb olmuşdur.[4]

Rəsulullah (səs) xəstə olan, insanlara bəzi dualar da öyrətmişdir. Belə ki, Osman ibn Əbi-l-As, bədənində his etdiyi bir ağrıdan ötrü Rəsulullaha şikayət etdiyində,  Allah Rəsulu ona bunu tövsiyə etmişdi:

“-Bədəninin ağrıyan yerinə əlini qoy və üç dəfə “bismillah” de, yeddi dəfə də:

‘Məndəki bu xəstəliyin və çəkindiyim şeylərin şərrindən Allahın izzət və qüdrətinə sığınıram”de!”[5]

Peyğəmbərimizin tövsiyəsini eynilə tətbiq edən hz Osman (r.a.) sonradan; “Rəsulullahın öyrətdiyi kimi etdim, Allah xəstəliyimə şəfa verdi. Bundan sonra həmin duanı davamlı olaraq ailəmə və digər isanlara tövsiyə etdim.”-demişdir.[6]

Bütün bunlarla yanaşı hər hansı bir xəstəliyi olan kimsə həkimə də müraciət etməyi unutmamalıdır.

Bundan başqa Hz. Peyğəmbər (səs), ölüm anında olan xəstələr ziyarət edildiyində, onlara, “lə iləhə illəllah” deyərək təlqin etməyi tövsiyə edərdi.[7]

Rəsulullahın (səs) tərbiyəsindən keçən əshabələr də xəstə ziyarətinə və onların dualarını  almağa əhəmiyyət vermişdir. Xəstəni ziyarət etmək ədəblərindən bəziləri bu şəkildədir:

1.Ziyarəti əlini, xəstənin əlinin və ya alnının üzərinə qoyub “necəsiniz?” deyə halını soruşmalıdır. Çünki Rəsulullah (səs) –xəstə ilə yaxından maraqlanmağı tövsiyə etmişdir. Ancaq, həkimin bu barədəki tövsiyə və xəbərdarlığına da  diqqət edilməlidir. Belə ki, yolxucu xəstəliklər olduqda xəstəyə toxunmaq məqsədəuyğundeyildir.

2.Xəstəni yoran, əhvalını pozan söz və davranışlardan çəkinmək lazımdır. Ziyarət qısa olmalıdır.

3.Xəstəyə ürəyi bir şey istəyib-istəmədiyi soruşulmalı, lazım gələrsə maddi yardım edilməli, ona zərər verməyəcksə yemək və digər hədiyyələr aparılmalıdır. İbn Abbas (r.a.) belə rəvayət edir; “Allah Rəsulu bir xəstəni ziyarət etdi və:

“Ürəyin nə istəyir?” deyə soruşdu. Xəstə: -Buğda çörəyi!-dedi.” Rəsulullah (səs): “-Kimin yanında buğda çörəyi varsa qardaşına göndərsin!”-buyurdu. Sonra da bu sözləri əlavaə etdi: “Əgər xəstəniz bir şey istəyərsə, ondan yedizdirin!”[8]

4.Bəzi xəstələr, xəstəlikləri zaman hey öülmü düşünür, narahat olular. Belə insanları münasib sözlərlə təsəlli etmək, ölümün Allahın əmri və insan üçün qaçınılmaz bir yol olduğunu anlatmaq, hər xəstəliyin ölümə səbəb olmayacağını, əksinə günahlara kəffarə olacağını xatırlatmaq faydalı olar. İbn Abbasdan (r.a.) rəvayət edildiyinə görə Rəsulullah xəstə bir bədəvini ziyarət etmişdi. Bütün xəstələri ziyarət əsnasında etdiyi kimi ona da “Keçmiş olsun, xəstəliyin günahlarına kəffarə olur inşallah!”-buyuraraq təsəlli etdi.[9]

5.Xəstəyə dua etmək, sağlıq və şəfa diləmək də ziyarət ədəbindəndir. Aişədən (r.a.) rəvayət edildiyinə görə Peyğəmbərimiz, ailə fərdlərindən biri xəstələnərkən sağ əli ilə xəstəni sığallayar, sol əli ilə belə dua edərdi: “Bütün insanların Rəbbi olan Allahım! Bunun iztirabını aradan qaldırıb şəfa ver. Şəfanı verən yalnız Sənsən. Sənin şəfandan başqa şəfa yoxdur. Buna heç bir xəstəlikdən əsər qalmayacaq şəkildə şəfa ehsan et!”[10]

Xəstə ziyarəti

Müşfiq Xəlilov.


[1] Buxari, Cənaiz, 2; Müslim, Libas, 3.

[2] Müslim, Birr, 43.

[3] İbn Macə, Cənaiz, 1.

[4] Buxari, Cənaiz, 80.

[5] Müslim, Salam, 67.

[6] Əbu Davud, Tibb, 19.

[7] Müslim, Cənaiz, 1-2.

[8] İbn Macə, Cənaiz, 1.

[9] Buxari, Tövhid, 31.

[10] Buxari, Mərda, 20; Müslim, Salam, 46-47.

Read Previous

Sədəqə.

Read Next

Azan.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.