• 18 Aprel 2024

XƏRÇƏNG XƏSTƏLİYİNDƏN QORUNMANIN YOLLARI

imagesÖtən il Azərbaycanda 34 min 681 nəfər onkoloji xəstə qeydiyyata alınıb. Bu xəstəliklər arasında ilkin yerləri ağciyər-bronx, qadınlarda süd vəzisi və ümumilikdə mədə xərçəngi üstünlük təşkil edir. Bu statistikanı Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli Azərbaycanda rəsmi qeydiyyatda olan onkoloji xəstələrin ötən ilə olan rəsmi statistikasını açıqlayarkən bildirib.

Bəs, xərçəng xəstəliyi riskini necə azaltmaq olar? İllərdir dünya alimləri bu sual ətrafında tədqiqatlar aparır. Araşdırmalar xərçəng xəstəliyinə yoluxma hallarının ən az üçdə birinin yaşam tərzi ilə bağlı olduğunu ortaya çıxarır.
Tibb mütəxəssisləri xərçəng xəstəliyindən qorunmaq üçün yaşam tərzimizdə dəyişdirməli olduğumuz vərdişləri müəyyənləşdirib:

İlk növbədə siqaret çəkməyi tərgidin!

Xərçəng xəstəliyindən ölüm statistikasına baxsaq, ağciyər xərçənginin birinci yerdə durduğunu görərik. Ağciyər xərçənginin ən başlıca səbəbi siqaret və digər tütün məhsullarının istifadəsindən qaynaqlanır. Eyni zamanda digər bütün xərçəng xəstəliyi səbəblərinin başında da siqaret dayanır.
Publika.Az xəbər verir ki, Amerika Tibb Cəmiyyəti jurnalının apardığı araşdırmaya görə, gündə bir qutu siqaret çəkənlər siqareti yarı-yarıya azaltdıqda, onlarda ağciyər xərçənginə yoluxma riskinin 27% azaldığı müşahidə olunub.

Siqaret çəkməsəniz belə, onun tüstüsündə qalmaq ağciyər xərçənginə tutulma riskini artırır. Aparılan araşdırmalarda ağciyər xərçəngi diaqnozu qoyulan insanların böyük əksəriyyətində bu xəstəliyin məhz siqaret tüstüsü udmaqdan qaynaqlandığı aşkarlanıb.

Normal çəkiyə sahib olun!

Xərçəng xəstəliyindən qaynaqlanan ölümlərin 14 faizinin, xərçəngə yoluxma hallarının 3 faizinin artıq çəkidən qaynaqlandığını bilirsinizmi? Xərçəng xəstəliyinə tutulmaq riskini azaltmaq istəyirsinizsə sağlam bir çəki aralığında qalmağınız vacibdir.

İdman etməyi vərdiş halına salın!

Fiziki iş və idman xərçəngin bir çox növündə əhəmiyyətli bir qoruyucu faktordur. Hər gün orta səviyyədə edilən məşq ən çox yayılmış xərçəng növlərinin qarşısını almaqda çox əhəmiyyətli bir rol oynadığı aparılan araşdırmalar zamanı aşkarlanıb.

Alkaqollu içkilərdən uzaq olun!

Alkaqollu içkilərin bir çox xəstəliklərdə olduğu kimi xərçəgin yaranmasına da zəmin yaratdığı aparılan araşdırmalar zamanı təsdiqlənib. Xüsusən də, içki və siqaret hər bir arada istifadə olunduğunda risk daha da artır.

Stresinizə qalib gəlin!

Stresin xərçəng xəstəliyinin yaranmasında rolu haqqında konkret bir dəlil olmasa da , stresdən qurtulmaq üçün baş vurduğunuz yollar – artıq yemək, siqaret çəkmək, antidepresant dərmanlar içmək və s. xərçəng riskini artırır. Bu səbəbdən stress atmaq üçün idman, yoqa, musiqi və s. kimi üsullardan istifadə edin.

Ailə genetikasını öyrənin!

Ailənizdə xərçəng riski varsa, bu riski azaltmaq və xəstəliyi erkən mərhələdə önləməkdə diqqətli olun, özünüzəməxsus bir həyat proqramı qurun və yaşam tərzinizi buna uyğunlaşdırın.

mənbə:

din.az

Read Previous

VALİDEYNLƏRLƏ MÜNASİBƏT (GÖRÜNTÜLÜ XÜTBƏ)

Read Next

NƏ ÜÇÜN NAMAZ QILMALIYIQ???

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.