• 28 Mart 2024

Xanımdan gizli olaraq ikinci nikah caizdirmi?

nikahBir müsəlmanın evli olduğu halda xanımından xəbərsiz olaraq gizlində ikinci bir qadınla nikah kəsdirməsi dini cəhətdən caizdirmi?

Cavab: Ümumiyyətlə, İslam ailə hüququnda gizli evlilik caiz deyildir. Evli cütlərin gizlincə, heç bir şahid olmadan və ya şahidlər olduğu halda gizlilik şərtilə nikah kəsdirmələri məqbul sayılmır. İmam Malik gizli nikahı belə tərif edir: “Ərin, şahidlərdən nikahı; evlidirsə əvvəlki xanımından və ya ailəsi olsa belə digər insanlardan gizlətmələrini istədiyi nikahdır”.

Bundan əlavə, bu kimi evliliklərdə rəsmiyyət olmadığı üçün hüquqi baxımdan da etibarsız olur və ər-arvadın bir-birinə qarşı olan hüquq və vəzifələri ilə bağlı hər hansı məcburiyyət əmələ gəlməmiş olur. Həmçinin, müsəlmanın yaşadığı dövlətin qanunları ikinci evliliyə icazə vermirsə, müsəlman buna riayət etmək məcburiyyətindədir. Çünki dinin mübah saydığı işlərə, hərəkətlərə və davranışlara dövlətin qadağa qoyma səlahiyyəti vardır.

Read Previous

Dərviş kimdir???

Read Next

Qohum-əqrəba ziyarətinin əhəmiyyəti

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.