• 29 Mart 2024

Xocalı soyqırımı şahidlərinin sözləri

xocali1Sənubər Ələkbərova: Biz meşədən keçib Ağdam tərəfə qaçarkən pusquya düşdük. Mən saysız-hesabsız cəsədlər gördüm. Anamı gözümün qabağında güllələdilər, qızlarım Sevinc və Hicran yaralandı. Mənim özümə də güllə dəydi. Cavan qadınlar və uşaqlar qarın içində çırpınaraq can verirdilər…

Canan Orucov: Mənim oğlumu güllələdilər. Onun 16 yaşı vardı. İki əkiz uşağı olan 23 yaşlı qızımı və 18 yaşlı, hamilə olan o biri qızımı girov götürdülər…

Səriyyə Talıbova: Bizi erməni qəbiristanlığına gətirdilər… Şəhərimizdə sığınacaq tapmış 4 cavan mesxeti türkünün, habelə 3 azərbaycanlının bir erməni yaraqlısının qəbrinin üstündə başlarını bədənlərindən ayırdılar. Sonra uşaqlara öz valideynlərinin gözləri qabağında işgəncə verib öldürdülər. Cəsədləri buldozerlərlə kürüyüb dərəyə tökdülər. Əyinlərində milli ordunun forması olan iki azərbaycanlının gözlərini vintaçanla oydular…

Heydərov Camal Əbdülhüseyn oğlu – «Qaraqaya deyilən yerin yaxınlığındakı fermanın 2 kilometrliyində eybəcər hala salınmış xeyli azərbaycanlı meyiti var idi. Qətlə yetirilmiş uşaqların sinəsini yarıb ürəklərini parçalamış, əksər meyitləri isə tikə-tikə doğramışdılar».

Hümbətov Cəlil Hümbətəli oğlu – Ermənilər onun gözü qarşısında həyat yoldaşı Füruzə, oğlu Muğan, qızı Simuzər və gəlini Südabəni güllələmişlər.

Paşayeva Kübra Adil qızı – Kətik meşəsinə girəndə ermənilərin mühasirəsinə düşmüşdük. Gizləndiyi kolluqdan həyat yoldaşı Paşayev Şura Tapdıq oğlu, onun oğlu Paşayev Elşad Şura oğlunun güllələnməsinin şahidi olmuşdur.

Əmirova Xəzəngül Təvəkkül qızı – Xocalı işğal olunan zaman erməni silahlıları onun ailəsini bütünlüklə girov götürmüşdür. Ermənilər Xəzəngülün anası Rayanı, 7 yaşlı bacısı Yeganəni və xalası Göycəni güllələyib, atası Əmirov Təvəkkülü isə benzin tökərək yandırmışlar.

Əliyeva Zoya Əli qızı – 150 nəfərə qədər adamla 3 gün meşədə qalıb. Meşədə Zoyanın yanında Əhmədova Dünya və onun bacısı Gülxar donaraq ölmüşdür.

Mustafayeva Kübra Əliş qızı – «Ermənilər bizi girov götürən kimi yanımdakı altı nəfəri yerindəcə güllələmişlər».

Kərimova Səidə Qurban qızı – «12 nəfərlə birlikdə girov götürüldük. Ermənilər qızım Nəzakəti, Tapdığı, Səadəti, İradəni işgəncə ilə öldürmüşlər».

Nəcəfov Əli Ağami oğlu – «Ermənilər qaçan adamları mühasirəyə alaraq 30-40 nəfəri yerindəcə güllələmişlər».

 

Read Previous

Xocalı soyqırımı

Read Next

Xarici mətbuatdan xocalı haqqında yazılar

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.