• 16 İyul 2019

XRİSTİAN AİLƏNİN QIZI MÜSƏLMAN OLDU.

carolina-muselmanCənubi Amerika ölkəsi Çilidə işləyən Yunus Hatılcıkla (29) Çilidən olan xristian ailənin qızı Karolina Kalderon (29), Karabükün Yenicə bölgəsinin Kuzdağ kəndində ailə həyatı qurdular.

İslamı qəbul edərək Kübra adını götürən Kalderon, Türkiyənin çox gözəl bir kəndində evlənməsinə görə xoşbəxt olduğunu bildirdi.

Yenicə Bələdiyyə sədri Zəki Çaylı, bəyin atası Satılmış və anası Fatma Hatılcık, həmçinin kənd sakinlərinin iştirak etdiyi mərasimdə çıxış edən Yenicə müftisi Ramazan Ökten dedi:

“Yunus qardaşımız, şirkətinin göstərişilə Çiliyə işləməyə gedir. Bu zaman Karolina ilə tanış olur. Karolina qatı xristian ailədəndir. Lakin qızımız din axtarışında olarkən Yunus qardaşımızla tanış olur.

İslamı araşdırır və bəşəriyyəti qane edəcək yeganə dinin İslam olduğunu dərk edərək müsəlman olur. Çilidən olan gəlin qızımız, həm Türkiyəni görmək, həm də dini mərasimlə Yunus qardaşımızla onun kəndində nigah bağlamaq istədi.

Biz də dua edərək vətəndaşların hüzurunda onların nigahlarını kəsdik. Cənubi Amerikanın bir ölkəsindən gəlib burada toy etmək çox mənalıdır. Allah onları daim xoşbəxt etsin!”

Nigah mərasimi edilən dualardan sonra sona çatdı.

Geyim firmasında işləyən Yunus Hatılcık dedi: “Biz dostlarımızla axşam yeməyinə çıxmışdıq. Bu zaman həyat yoldaşım da rəfiqələri ilə yeməyə çıxmışdı. Burada başlayan tanışlığımız ailə ilə nəticələndi.

Çox xoşbəxtik. Əslində həyat yoldaşım xristian ailədəndir. Lakin o özü də din axtarışında idi. Mənimlə tanış olduqda İslamı araşdırdı və müsəlman oldu. Özümüzü çox xoşbəxt hiss edirik.”

Bütün müsəlmanlar bir ailə kimidirlər

Çilili gəlin Kübra Karolina Kalderon isə belə dedi:

“Türkiyədə olduğuma görə çox xoşbəxtəm. Bütün müsəlmanlar qardaş və bir ailə kimidirlər.

Allah bütün müsəlmanlar üçün çox əhəmiyyətlidir. Biz müsəlmanları tanıdıqca Allah bizimlə birlikdədir. Türklərdə çox möhkəm ailə quruluşunun olduğunu gördüm. Hazırda mənim də Türkiyədə bir ailəm var.”

 mənbə:

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 74 dəfə.

calal calalov

Read Previous

ÖLMƏK İSTƏYİRƏM, ÇÜNKİ, CƏNNƏTDƏ ÇÖRƏK VAR.

Read Next

İSLAMI QƏBUL EDƏN İNGİLİS “HİCAB HƏYATIMI DƏYİŞDİ” DEDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.