• 05 Dekabr 2020

Yəhudi alimi Zeyd bin Sunənin müsəlman olması

Abdulla b. Səlam rəvayət edir:

Allah Təala Zeyd b. Sunənin hidayətə çatmasını istəyincə, Zeyd belə demişdi:

– Peyğəbəmrin üzünə baxınca onun üzündə nəbilik əlamətlərinin hamısını gördüm. Ancaq ikisini görə bilməmişdim. O ikisi də, təvazökarlığının qəzəbinə üstün gəlməsi və muxatəbinin qəzəbi artdıqca onu təvazökarlığının çoxalmasıdır. Bu xüsusiyyətin onda olub olmadığını bilmək istədim. Bir gün Rəsulullah  (səs) Əi b. Əbu Taliblə bərabər mübarək evindən çıxdılar. O anda dəvə üstündə, bədəviyə bənzər bir adam yaxınlaşdı. Rəsulullaha belə dedi:

–  Ya Rəsuləllah, filan kənddə mənim camaatım var. Mən onlara dedim ki, əgər müsəlman olsanız, ruziniz bollaşar. Onlar da, müsəlman oldular. Ancaq indi onlar qıtlıq və quraqlıq işindədir. Yağış da yağmaz oldu. Mən onların tamah edərək girdikləri bu dindən, istədikləri olmayınca, çıxmaqlarından qorxuram. Sən onların imdadına yetişəcək bir şey edə bilərsənmi?

 Hz Peyğəmbər yanındakı adama (zənnimcə o hz Əli idi) baxdı. O isə:

–  Ya Rəsuləllah heç bir şey qalmadı, dedi.

O vaxt Rəsulullaha yaxınlaşdım və dedim:

– Ey Muhamməd, filan yerdəki xurmalarını, filan vaxta qədər, müəyyən qiymətə mənə satarsanmı?[1]

 Rəsulullah:

– Filan bağça deyə bir yer təyin etmə. Çünki o bağçada xurma olmaya da bilər, dedi.

– Yaxşı, dedim, o zaman müəyyən miqdardakı xurmanı, müəyyən bir qiymətə, məlum bir vaxta qədər satışını etdik, dedim. Bir də, kisəni açıb səksən misqal qızılı Rəsulullaha verdim.  Rəsulullah da, məndən aldığı bu pulu bir az əvvəl özündən yardım istəyən bir adama verdi və tapşırdı:

– Onlara bərabər şəkildə payla və yardımçı ol.

Zeyd b. Sunə davam edərək deyir; Təyin olunmuş vaxtın bitməsinə iki və ya üç gün qalmışdı. Hz Peyğəmbərin yanında hz Əbu Bəkr, hz Ömər, hz Osman və səhabələrdən bir qrup insanın olduğu  bir gündə onlarla rastlaşdım. Cənazə namazını qıldılar və dincəlmək üçün divara yaxınlaşmışdılar. Bu anda Rəsulullaha yaxınlaşdım və paltarının iki yaxasından tutdum, qəzəbli şəkildə üzünə baxaraq:

-Ey Muhamməd, haqqımı ödəmyəcəksən? Allaha and içirəm ki, Əbdülmüttəlib oğullarından daha ehmalkarını görmədim. Bunu sizin aranıza girincə öyrəndim, dedim. Bir tərəfdən də Ömərə baxdım, gözlərindən atəş fışqırıdı. Ömər mənə baxaraq:

– Allahın düşməni, Rəsulullahla necə danışırsan? Necə belə kobud davrana bilirsən? Nəfsim qüdrət elində olan Allaha and içirəm ki, əgər müsəlman olma ümidin olmasa idi, heç şübhəsiz qılıncımla başını vurardım, dedi. Rəsulullah isə sakin bir halda mənə baxırdı və hz Ömərə belə dedi:

– Ey Ömər, hər ikimizə daha fərqli davranmağın lazım idi. Mənə borcumu ödəməyimi, ona da borcunu daha gözəl şəkildə istəməyini söyləməliydin. Onu apar, haqqını ver. Ayrıca onu qorxutduğun üçün iyirmi sa[2] xurma artıq ver.

 Ömər məni apardı, haqqımı da, artığı (iyirmi sa xurma) da verdi. Artıq xurmanı niyə verdiyini soruşdum, hz Peyğəmbərin, məni qorxutduğu üçün ona əmr etdiyini söylədi. Ona:

-Məni tanıyırsanmı? Dedim.

– Xeyr. Dedi

– Mən Zeyd b. Sunəyəm dedim.

– Alim olan?

-Bəli dedim.

-Rəsulullaha qarşı niyə belə davrandın, deyə soruşunca mən də cavab olaraq belə dedim:

– Ey Ömər, hz Peyğəmbərin üzünə baxanda onda nübüvvət əlamətlərinin hamısını görürdüm. Ancaq ikisini hələ görə bilməmişdim. Bu ikisi də, təvazökarlığının qəzəbini üstələməsi və qarşısındakının qəzəbi çoxaldıqca Onun təvazökarlığının, yumşaqlığının artması idi. Artıq onları da gördüm. Səni şahid tuturam ki ey Ömər mən bu andan etibarən Allahı Rəb, İslamı din, Muhammədi də peyğəmbər olaraq qəbul edirəm. Yenə şahid ol ki, malımın yarısı Muhamməd ümmətinə sədəqədir.

 Buna müqabil hz Ömər :

-Bir qisminə sədəqə olsun de, sən onların hamısını doyuzdura bilməzsən, dedi.

– Yaxşı, elə isə bir qisminə sədəqəm olsun, dedim.

 Hz Ömər və Zeyd b. Sunə hz Peyğəmbərin yanına gəldilər. Zeyd kəlimeyi şəhadət gətirdi. Hz Peyğəmbərə inandı, Onun nəbiliyini təsdiq edib Ona beyət etdi. Hz Peyğəmbərlə bir çox savaşlara da qatıldı. Təbük səfərində vəfat etdi.


[1] Bu satış, İslam Hüququnda sələm adlanır. Ödənişin pul və ya mal ilə əvvəlcədən edilməsi, malın daha sonra verilməsi şəklində olur.

[2] Sa, üş litr su tutan qabdır.

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 19 dəfə.

Qulu Məmmədov

Read Previous

Yaşlılara qayğı və mərhəmət

Read Next

BU GECƏ MERAC GECƏSİDİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.