YAŞLANMAĞI DURDURMAQ RİYAZİ OLARAQ MÜMKÜNDÜRMÜ? 0

Arizona Universitetində hüceyərələr üzərində tədqiqatlar aparan Poul Nelson və Joanna Masel bu nəticəyə gəliblər. Onlar fəaliyyətini dayandıran hüceyrələrin təmizlənməsi ilə bağlı hipotez üzərində hesablamalar aparıb və gəldikləri nəticənin riyazi olaraq mümkün olmayacağını bildiriblər.

Təkamülçü bioloq Joanna Masel “Yaşlanmaq riyazi olaraq qaçınılmaz, yəni həqiqətən qaçınılmazdır” deyir.

“Məntiqi olaraq, nəzəri olaraq, riyazi olaraq heç bir çıxış yolu yoxdur.”

Yaşlanmaq hüceyrələrin iş prinsipini yavaşlatması və dayandırmasının nəticəsində baş verir. Məsələn, biz yaşlandıqda saçlarımızın ağarması piqment yaradan melonsitlərin öz kök hüceyrələrinin işləmə qabiliyyətini itirməsinə görədir. Bundan başqa qırışıqlıqlar da fibrolast adı verilən hüceyrələrin tədricən əvvəlki sürətliliyini yavaşlatması ilə əlaqədardır.

Alimlər fəaliyyətini itirməkdə olan hüceyrələrin əvəzinə yeni hüceyrələr yerləşdirməklə yaşlanmağın qarşısının alına bilinəcəyinə inanırdılar.

Tədqiqatçı Poul Nelson isə belə deyir: “Əgər işləmə gücünü itirmiş hüceyrələrin yerinə başqa hüceyrə qoyularsa, onda zərərli xərçəng xəstəliyini yaradan hüceyrələr artmağa başlayacaq.”

“Bundan başqa xərçəng hüceyrələrinin fəaliyyətini dayandırsanız, o zaman da passiv hüceyrələr artacaq.”

“Bu səbəbdən qarşımızda tənbəl hüceyrələrin yığılması və xənçəng hüceyrələrinin artması ilə bağlı iki seçim var.”

Bunların heç biri gənçliyin uzadılması mənasına gəlmir.

Mənbə : PNAS