• 19 Mart 2024

Yer üzü Həkimləri Təşkilatı Qəzzaya yollanır

yeruz

Həkimlərdən ibarət briqadanı aparan təyyarə Türkiyədən Misirə yola salınıb.

Türkiyənin Yer Üzü Həkimləri Təşkilatının üzvləri Fələstinin Qəzza zolağına yollanıblar.

Həkimlər briqadasının sözçüsü Süleyman Gündüz İsrailin son hücumundan sonra Qəzzada bir çox insanın yaralandığını qeyd edərək, zolağa ziyarətin yaralılara tibbi yardım məqsədilə həyata keçirildiyini deyib.

Daha əvvəl də İordan çayının qərb sahilində və Qəzzada səhiyyə sahəsində meydana gələn problemlərin aradan qaldırılmasında iştirak etdiklərini deyən Gündüz türkiyəli həkimlərin fələstinli həmkarları üçün treninq və kurslar keçirdiyini də qeyd edib.

 

 

 

/azerimuslims/

Read Previous

Pakistanda qanlı cümə: 115 ölü, 270 yaralı

Read Next

Almaniyada daha bir vilayətdə islam rəsmi din kimi tanınacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.