• 19 Mart 2024

YETİM VƏ KİMSƏSİZLƏRİ QORUMAQ

Yetimləri, qız uşaqlarını, zəif, yoxsul və qəlbiqırıqların könlünü xoş etmək, onlara yaxşılıq edib şəfqət göstərmək, mütəvazi davranıb qol-qanad gərmək İslam dininin bütün müsəlmanlara əmr etdiyi vacib xüsuslardandır.

BÜTÜN MÖMİNLƏRƏ EDİLMİŞ TÖVSİYYƏLƏR:

“Möminləri qanadın altına al”.   (əl-Hicr, 88)

Allah-Təala mömin qullarını Rəsulullah əfəndimizə əmanət edərək onlara qarşı mütəvazi davranılmasını, köməyə və himayəyə möhtacı olanları isə himayə etməyi tövsiyə etmişdir.

Bu sadəcə Peyğəmbər (s.a.s)  əfəndimizə deyil, onun timsalında bütün müsəlmanlara edilmiş tövsiyədir. Belə ki, uca Allah (c.c)  bütün möminləri bir-birinə qardaş elan etmiş, bir-birinin dərdi ilə maraqlanmağı və dərdinə çarə olmağı əmr etmişdir.

Belə olan halda möminlər qardaş olduqlarını əsla unutmamalı , bir-birinə kobud davranıb özlərini başqalarından üstün görməməli, onlardan bir nəzakətsizlik görüncə dərhal üzünü çevirməməli və hamının mütləq nöqsanı vardır deyərək alicənablıqla davranmaya davam etməlidir.

ALLAHIN ÖZLƏRİNDƏN RAZİ OLDUĞU YOXSULLAR

Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar (nəfsini qoru). Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan (yoxsul möminlərdən) çevirmə”.                                                                                     (əl-Kəhf, 28)

Peyğəmbərimiz (s.a.s) –in fağır və kimsəsiz müsəlmanlarla oturub-qalxması, Məkkənin özünü bəyənmiş zəngilərini narahat edirdi. Onlara görə Məkkənin yoxsulları ayrı bir təbəqədir və onlar yalnız öz təbəqələrinə aid olanlarla birlikdə olmalıdırlar. Hətta bəzi mövzularda Peyğəmbərimiz (s.a.s) ilə görüşməyə gəldikləri zaman , ən azından özləri gedənə kimi  onların çölə çıxmalarını  istəyirdilər. Bunun üzərinə bu ayəyi-kərimə nazil oldu. Allah-Təala Peyğəmbərimiz (s.a.s) onlara belə deməsini əmr etdi: Səhər-axşam yalnız Allahın rızasını qazanmaq üçün ibadət edən o yoxsul amma səmimi müsəlmanları, kafirlərin sözünü dinləyərək hüzurundan qovma. Allahın razı olduğu şəxslər məhz bu yoxsul və kimsəsizlərdir. Sən həmişə onlarla birlikdə olmağa çalış. Malına, mülkünə güvənərək həddi aşan insanları qazanmaq uğruna olsa belə, kasıb insanları incitmə.

Demək ki, Allah (c.c) qatında vacib olan, imanla dolu bir könüldür. İmanla dolu bir qəlbdən daha dəyərli heçnə yoxdur. Yoxsul bir mömin, dünyaya sahib bir imansızdan daha ölçülməyəcək qədər daha dəyərlidir.

PEYĞƏMBƏRİMİZİN MÖMİNLƏRƏ VERDİYİ İKİ VƏZİFƏ

“Elə isə yetimə zülm etmə! Dilənçini də (qapıdan) qovma!”  (əd-Duha, 9-10)

Bu ayəyi-kərimədə Peyğəmbərimiz (s.a.s) timsalında müsəlmanlara iki vəzifə verilməkdədir.

Birincisi yetimə yaxşı davranmaqdır. Allah-Təala Peyğəmbər əfəndimizə, sən bir vaxtlar yetimdin. Mən səni qorudum. Mən səni necə himayə etdimsə, sən də onlara elə sahib çıx. Onların dərdilə maraqlanıb, problemlərini həll et –deyə buyurmaqdadır. Demək ki, yetimlər bizə uca Allahın əmanətləridir.

İkinci vəzifəmiz isə bizdən bir şey istəyəni qovmamaq, gururunu incidib azarlamamaqdır. Bizdən bir şey istəyən, istədiyi şeyi bizdən olacağını zənn etdiyi üçün bizdən istəməkdədir. Bu pulda ola bilər, elm kimi başqa bir şeydə ola bilər. Əgər istənilən şey bizdə varsa, demək ki, uca Allah hamıya nəsib etmədiyi neməti bizə lütf etmişdir. Bu ilahi lütfü Allahın qullarından əsirgəmək, onu bizə verənə nankorluq etmiş sayılarıq. O halda insan, əlindəki imkan və ilahi lütufları, onları istəyəni incitmədən vermək lazımdır. Verə bilməyəcək vəziyyətdədirsə, onda da bu istəyi şirin dillə geri çevirməlidir.

DİNİ İNKAR EDIN KİMSƏLƏR YETİMİ İNCİDƏR, YOXSULU DOYURMAZ

“(Ya Peyğəmbər!) Dini (haqq-hesab gününü) yalan hesab edəni gördünmü? O elə adamdır ki, yetimi itələyib qovar (haqqını verməz); Və (xalqı) yoxsulu yedirtməyə rəğbətləndirməz (nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar)”. (əl-Maun, 1-3)

Din insanı həm dünyada, həm də axirət də xoşbəxt edəcək vəzifələri təyin edən ilahi əmrlərdir. İnsan Allahın əmrlərinə itaət etdiyi miqdarda xoşbəxt olar.

Dini yalanlayan, yəni İslamı tanımayanlar isə bu xoşbəxtliklərdən, bu gözəlliklərdən məhrum olar.

 

Mənbə: Riyazus-Salihin, İpəkyolu Nəşriyyatı

Read Previous

SÜBH NAMAZINA QALXMAĞA KÖMƏK EDƏCƏK 20 AMİL

Read Next

KİTAB OXUMAĞIN FAYDALARI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.