• 20 Avqust 2019

YETİMLƏRİ HİMAYƏ ETMƏK

Möhtərəm möminlər!
Bu dünyaya göz açan insanın həyatı acı və şirin bir çox xatirələrlə doludur. Bir qisim insanlar ana və atalarının isti nəfəsləri, şəfqət və mərhəmət himayəsində böyüyür. Bir qisim insanlar da, Allahın təqdiriylə hələ doğulmadan vəya kiçik yaşlarında ana və atalarını itirərək onların sevgi və şəfqətindən məhrum qalaraq sıxıntılı bir ömür keçirir. Dinimiz ana və atasından birini vəya ikisini itirən bu kimsələrə “yetim” adını vermişdir.
Yetim və kimsəsizlər, Allahın bütün müsəl-manlara bir əmanətidir. Bunun üçün, yetim və kimsəsizləri himayə etmək, onların ehtiyaclarını təmin etmək, haq və hüquqlarını qorumaq bütün müsəlmanalrın vəzifəsidr. Uca Allahın rizasını qazanmaq, cənnət müjdəsi almaq istəyən hər müsəlman, yetimlərə qarşı vəzifələrini yerinə yetirməlidir.
Şanlı Peyğəmbərimiz (səs) bir Hədisi-Şərif-lərində belə buyurur:
“Dul, yetim və fəqirlərin ehtiyaclarını təmin edən kimsə, Allah yolunda cihad edənlərlə, gündüz oruc tutub, gecə ibadət edən kimidir.”
Hədisi şərifdə də bildirildiyi kimi, yetimlərə kimsəsizlərə və dullara yardım edərək onların ehtiyaclarını təmin edənlər Allah yolunda cihad edən, gündüz oruc tutub, gecə ibadət edənlər kimi savab qazanmaqdadır. Uca Allah müqəddəs kitabımız Qurani Kərimdə, səmimi və cənnətlik möminlərin vəsflərini zikredərkən, qarşılıq gözləmədən yetimə yemək yedirməyi də sayaraq belə buyurmuşdur:
“Onlar öz iştahlarının çəkdiyi, özləri yemək istədikləri halda yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (Və sonra yedirdikləri kimsə-lərə belə deyərlər): “Biz sizi ancaq Allah rizası üçün yedirdirik. Biz sizdən (bu ehsan müqa-bilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik.”
Demək ki, yetimləri və yoxsulları yedirib içirmək, onlara yardım etmək, Allah və Peyğəmbərin diliylə desək cənnət müjdəsidir.
Bunun üçün Allah Rəsulunun (səs) əshabı yetimləri və yoxsulları qoruyar onları yedirdib içirdərdilər. Hətta səhabələrdən bəziləri, süfrəsinə bir yetimi dəvət etmədən yemək yeməmişdir.
Əbu Bəkir İbni Hafs (r.a.) dan rəvayət edildiyinə görə:
“Abdullah (İbni ömər) süfrəsində bir yetim olmadan yemək yeməzdi.”
Şərəfli möminlər,
Yetim və kimsəsizlərə yaxşılıq etmək onlara yardım etmək nə qədər böyük bir savabsa, onları xor görmək, haqlarını yemək də, o dərəcədə təhlükəli və günahdır.
Ayə və hədislərdə yetim malı yeməyin həlaka səbəb olacaq təhlükəli əməllərdən olduğu xəbər verilmişdir. Bir ayədə belə buyurulur:
“Həqiqətən yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiyamətdə) alovlu Cəhənnəmə girəcəklər.”
Başqa bir ayədə isə belə buyurulur:
“(Ya Peyğəmbər!) Dini (haqq-hesab gününü) yalan hesab edəni gördünmü? O elə adamdır ki, yetimi itələyib qovar (haqqını verməz); Və (xalqı) yoxsulu yedirtməyə rəğbətləndirməz (nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar).”
“Elə isə yetimə zülm etmə! Dilənçinidə qapından qovma!”
Möhtərəm möminlər, o halda gəlin yetim və kimsəsizlərin haqlarını qorumaq onlara yardım etməyin dini bir vəzifə olduğunu bilək. Bu vəzifəmizi yerinə yetirməməkdən dolayı, yetim və yoxsullara maddi və mənəvi zərər gələrsə, bundan hamımızın məsul olduğunu unutmayaq. Xütbəmə bir hədisi şəriflə son verirəm:

“Müsəlmanlar arasında bir yetimi alıb yedirən, içirən kimsə, əffedilməyəcək bir günah işləməmişsə, Allah onu cənnətə qoyar.”

      Yetimleri Himaye Etmek

9 Sentyabr 2011 / 11 Şəvval 1432

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 106 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Ramazan Bayramı.

Read Next

İSLAMDA AİLƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.