• 03 İyun 2020

Yoluxucu xəstəliklərin yayılmasının səbəbi

Abdullah ibn Ömər (ra) belə nəql edir:
“Allahın Rəsulu (səv) bizə tərəf dönərək belə dedi: “Ey mühacirlər! Beş şey vardır ki, onlarla məşğul olarsınızsa, başınıza gələn müsibətlərdən Allaha sığınıram. Bunlar aşağıdakılardır:

  1. Bir millətin içərisində zina və pozğunçuluq yarandıqda və həmin millət bu günahı açıq aşkar şəkildə işlədikdə, əvvəlki millətlərdə olmayan vəba epidemiyası və digər xəstəliklər ortaya çıxmağa bşlayar. 2. Ölçü və tərəzidə camaatı aldadan bir millət aclıq, dolanışıq darlığı və hökmdarlarının zülmü ilə cəzalandırılırlar.
  2. Mallarının zəkatını verməkdən çəkinən hər bir millət mütləq şəkildə yağışdan məhrum qalar. Hətta heyvanları olmasa onlara heç yağmur yağdırılmaz.
  3. Allahın əmrlərini və Rəsulunun Sünnəsini tərk edən bir millətin başına Allahu təala mütləq onların özlərindən olmayan bir düşmən göndərər və həmin düşmən onların əlində olanların bir hissəsini onların əlindən alar.
  4. İmamları Allahın Kitabı ilə əməl etməyən və Allahın endirdiyi əmrlərdən özlərinə sərf edəni seçib əməl edən bir cəmiyyətiin hesabını, Allah öz aralarında həll edər (yəni müsibət, fitnə və anarxiya bəlasına məruz qalarlar.)” (İbn-i Mace, Fiten, 22; Hakim, IV, 583/8623)

Mənbə:islamveihsan.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 8 dəfə.

calal calalov

Read Previous

Şaban ayı və Bəraət gecəsi

Read Next

Yaxşılıq et, at dənizə. Balıq bilməsə, Xaliq (Yaradan) bilər