• 18 Sentyabr 2019

Zərərli davranışlardan özümüzü və ailəmizi qorumalıyıq

zararliİnsanoğlunu dünya səhnəsinə özünə itaət etmək üçün gətirən Allah, ona maddi və mənəvi nemətlər ehsan etmişdir. Bu nemətlərdən halal yolu təqib edərək istifadə etməsini istəmişdir. Cəmiyyətə maddi və mənəvi zərər vuran, onların əmin-amanlığını məhv edən hər cür zərərli vərdişləri qadağan etmişdir. Bununla birlikdə insanların sağlamlığını təhlükəyə soxacaq hər cür spirtli içki və narkotik maddələrin istifadəsini haram etmişdir.

Bu barədə Allah Quran-ı Kərimdə belə buyurmuşdur. “Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!”. Maidə, 90.

Maddi və mənəvi baxımdan sağlamlığımıza zərər verən və heç bir şəkildə bizlərə faydası olmayan qumar və spirti içkilərdən, hər cür narkotik maddələrdən özümüzü və ailə fərdlərimizi qorumalıyıq. Allahın fərd və cəmiyyət üçün qadağan etdiyi hər şeydə bir çox hikmətlər vardır. Spirtli içkilər, narkotik maddələr, evlilik xarici əlaqələrdə insanlar üçün zərər olduğu tibbən isbat edilmişdir. Bunlarla yanaşı birbaşa olaraq haram olmasa da siqaretin ağciyər və qırtlaq xərçənginə yol açdığı elmi cəhətdən ortaya qoyulmuşdur. İnsan bədəninə heç bir faydası olmayan, əksinə sağlamlığı təhdid edən siqaretə verilən pul israfdır. İsraf isə haramdır. Çünki Allah “yeyin-için, lakin israf etməyin Allah israf edənləri sevməz!”, Buyurur “(Əraf, 31). Buna görə də bu zərərli vərdişlərə son verməyə çalışarkən, uşaqlarımızı da zərərli mühitlərdən qorumalıyıq. Hal-hazırda spirtli içki və narkotik maddədən istifadə edən gənclərimizin yaşının 12-15 səviyyəsinə endiyi müşahidə edilməkdədir. Bu göstərici gələcəyimiz üçün son dərəcə təhlükəlidir. Gələcəyimizin təminatı olan gənclərimizin cismən və ruhən sağlam olması lazımdır. Bunun üçün valideyinlər olaraq uşaqlarımızı zərərli axınlardan qoruma nöqtəsində diqqətli olmalıyıq.

Peyğəmbərimiz (səv) bir hədislərində belə buyurmuşdur. “İçkidən uzaq durun çünki o, pisliklərin anasıdır”. İstifadə zamanı tarazlığı pozan, adamı nə etdiyini bilməz hala gətirən içki və digərləri, insan üzərində təlafisi mümkün olmayan zərərlər meydana gətirə bilir. Xüsusən də bir çox qəzaların, lazımsız müzakirələrin, ailə içi şiddətin yaranmasında bunların təsiri hərkəsə aydındır.

İçki, qumar və narkotik maddələrin xaricində fərdi və cəmiyyəti narahat edən bir sıra vərdişlər də vardır ki, bunlardan özümüzü və uşaqlarımızı mühafizə etməliyik. Yalan danışmaq, oğurluq, paxıllıq, zina, və qeybət kimi Allahın haram buyurduğu mənfi davranışlar, cəmiyyətdəki fərdlərin bir-birlərinə olan etibarını aradan qaldırır. Peyğəmbər əfəndimiz (səv) “Müsəlman, əlindən və dilindən müsəlmanların zərər görmədiyi insandır” buyurmuşdur.

Hal və hərəkətlərimiz dürüst olmalıdır. Özümüz və cəmiyyətimiz üçün faydalı olmalıdır. Özümüzün və uşaqlarımızın gələcəyinə etibarla baxabiləcəyimiz bir mühitin meydana gəlməsi üçün çalışmalıyıq. Bunun üçün maddi və mənəvi tərəfimizə zərər verən hər növ spirtli içkilərdən, narkotikalardan, qumar, faydası olmayan ifadə və davranışlardan özümüzü qoruduğumuz kimi ailə fərdlərimizi də mühafizə etməliyik. Allahın verdiyi maddi və mənəvi nemət və imkanları fərd və cəmiyyətin faydası üçün istifadə etməliyik. Bilməliyik ki, Sağlamlıq uca Allahın bizlərə verdiyi bir nemətdir. Hər nemət də Yaradanın əmanətidir. Haqqını verdiyimiz zaman dünyamız dinc, axirətimiz xoşbəxt olar, inşallah.

Mənbə:Dinihaberler.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 150 dəfə.

calal calalov

Read Previous

Peyğəmbərimiz (səv)-i tanımağın ən feyizli yolu

Read Next

Süfrə duası

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.