• 28 Mart 2024

Zəmzəm suyunun bilinməyən 7 xüsusiyyəti

zemzem1Təbiətdəki heç bir suyun tərkibində olmayan xüsusiyyətlərə malik Zəmzəm suyunun bəzi xüsusiyyətləri;

◆ Amerikada aparılan test nəticələrinə görə, dünyada içində mikroorqanizm və bakteriya saxlamayan yeganə su zəmzəmdir. Yəni mikrobik xəstəliklərə qarşı təsirli olan fluoride saxlayır.

◆ Qərbdə aparılan laboratoriya işlərinə görə Zəmzəm, digər sulara nisbətən çox daha az kükürd ehtiva edir.

◆ Digər bütün sulara nisbətən daha çox mineral saxlayır bu səbəblə daha çox bəsləyicidir.

◆ Aclığımızı, susuzluğumuzu aradan qaldıran tək sudur. (Əbu Zər Həzrətləri bu həqiqəti təcrübə etmişdi. İki ay ərzində yalnız zəmzəm ilə yaşamış, hətta buna görə də çəkisi artmışdı.)

◆ Yüksək kalsium və maqnezium duzu ehtiva etməsi səbəbiylə, yorğun insanların yorğunluğunun getməsini təmin edir.

◆ Alman Kimyaçıların apardığı araşdırmalar nəticəsində; normal bir su ilə qarışdırıldıqda qatıldığı suya qalib gəlib, bütünlüklə mayalayarak digər suyu da zəmzəmə çevirir.

◆ Zəmzəm Araşdırma Mərkəzi qeydlərinə görə zəmzəm quyusundan saniyədə 8.000 litr su çəkilir. Bu, gündə 691,2 min litr zəmzəm deməkdir. 24 saat ərzində su çəkilib, 11 dəqiqə gözləndikdən sonra quyu köhnə səviyyəsinə gəlir.

Su kristalları üzərinə araşdırmalar edən Yapon elm adamı Dr. Masaru Emotu isə Zəmzəm üzərində apardığı araşdırmaların nəticəsində bunları söyləyir:

“Zəmzəm suyunda böyük bir enerji var. Zəmzəmin kristal quruluşunda çox fərqli bir şey var. Onlar  zəng səsi eşitdiklərində qararırlar. Hər bir kristalın tərkibində Kəbəyə bənzəyən bir toxuma quruluşu var. Quran-ı Kərim və azan səsində isə parlaqlaşdıqlarını təsbit etdim.

Fiziki və kimyəvi xüsusiyyətləri baxımından yer üzündəki bütün sulardan fərqlidir. Ətrafında cərəyan edən bütün dəyişiklikləri yaddaşında saxlayır. Quruluşu çox fərqlidir. Bu, onu dünyadakı digər bütün elementlərin əfəndisi halına gətirir. “(Kamal Özer, Hansı Suyu İçməli ?, s. 55-56)

ZƏMZƏM NƏDİR?

Zəmzəm Allahın Həzrəti-i İbrahimin sədaqətinə, Həzrəti-i Həcərin təslimiyyətinə ikramıdır. Səhranın ortasında nə qədər istifadə edilsə tükənməyən bir rəhmət pınarıdır.

Rəbbimiz; tövhid, təslimiyyət və təvəkkül əhlinə, dünyada zəmzəm ikram etdiyi kimi, axirətdə də inşaallah, altından çaylar axan cənnətlər ikram edəcək.

Rəbbimiz bizləri axirətdə də Kövsər hövuzunun ətrafında Allah Rəsulu -səllallahu əleyhi və səlləm-Əfəndimizlə bərabər olmağı nəsib etsin. Mələklərin;

“Salam olsun sizə tərtəmiz gəlmisiniz!” Deyərək övgülərlə qarşıladığı bəxtiyar qullarından etsin.

İçində yaşadığımız dünyadakı kir pasdan təmizlənərək səmalara yüksələn su kimi, ruhumuzu və könlümüzü də tərtəmiz bir şəkildə uca hüzuruna çatdırsın. Amin!

Mənbə:

Read Previous

Həcc və ümrəyə təkrar getməyin fəziləti

Read Next

İnsanlara ləqəb qoşmaq caizdirmi?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.