• 28 Mart 2024

Ziyarətlərə yəni pirlərə getmək olar?

Sual: Ziyarətlərə yəni pirlərə getmək olar?

Cavab: Əvvəla Uca Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.  O ki qaldı sualınıza. Xalq arasında pir vəya ziyarətgahlar adı ilə tanınan yerlərə gedənlərin niyyətlərinə görə bu əməlin höküm dəyişir.

Əgər bir kimsə adı çəkilən bu məkanlara sırf ölümü xatırlamaq, orada vəfat edənlərin Allahda bağışlanması üçün dua etmək məqsədiylə gedirsə burada bir problem yoxdur. Yəni bu məkanları normal bir qəbiristanlıq kimi qəbul edərək  ziayarət edilirsə dini nöqtei nəzərdən nəyinki günah hətta savabdır. Çünki Peyğəmbərimiz (səs) bir hədisində buyurur ki, “…Qəbiristanlığı ziayarət edin Çünki bu ziyarət sizə ölümü xatırladır”

Ancaq ziyarətgahlara gedib oradakı vəfat edən şəxsdən kömək istəmək və ya Allah rizası üçün deyil o ziyarət üçün qurban kəsmək qətiyyən caiz deyil və şirkdir.

Ən doğrusunu Allah bilir. s.aleykum

Read Previous

Zaman İsrafı

Read Next

Xocalı Soyqırmı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.