• 16 İyul 2019

Zorlanaraq diri-diri basdırılan 13 yaşlı qız qəbirdə dirildi

Zorlanaraq diri-diri basdırılan 13 yaşlı qız qəbirdə dirildi

 

Yaxınlıqda olanlar qızın basdırıldığı yerdən səs eşidiblər

Pakistanda 13 yaşlı qızı zorlayaraq, ölümcül döyüb və diri-diri basdıranlar saxlanılıb. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, qrup şəklində zorlanan qız ölümcül hala salınıb. Qız bir müddət sonra özünə gəlib. Yaxınlıqda olanlar qızın basdırıldığı yerdən səs eşidiblər. Onlar qızı basdırıldığı yerdən çıxarıblar.

Zorlanan 13 yaşlı qızın atası Siddiq Muqal bildirib ki, qızı “Quran” dərsindən çıxarkən, mədrəsənin qarşısında hücuma məruz qalıb.

Qızın ailəsi polisə şikayət etsə də, hüquq-mühafizə orqanları əvvəlcə günahkarları axtarmaq istəməyib. Lakin sonradan çoxsaylı etirazlara əsasən günahkarlar tutulub.

Qeyd edək ki, Pakistanda zorlanma halları artıb. Bir neçə vaxt bundan əvvəl iki orta məktəbli bacı zorlanmışdı. Onlardan birinin 14, digərinin 16 yaşları olub. Onların meyiti küçədə tapılıb. Zorlanaraq öldürülən qızlar məktəbli formasında olub.

Mənbə: anspress.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 294 dəfə.

dbabayev

Read Previous

Magistrlər hərbi xidmətdən azad edilə bilərlər

Read Next

Türkiyədə ilk nüvə zavodu tikiləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.