• 05 Dekabr 2020

Covid-19 böhranını müsəlmanlara yüklədilər

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Hindistandakı bəzi qrupların yeni növ koronavirusun (Kovid-19) yayılmasında məsuliyyətin müsəlmanlar  üzərinə yüklənilməsinin yolverilməz olduğunu açıqladı.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Hindistandakı bəzi  media quruluşları və sosial media saytlarında koronavirusun yayılmasında müsəlmanların səbəb olduğu iddiaları və nifrət çağırışlarıyla  müsəlmanların hədəf alındığı, İslamofobiyanın geniş yayıldığını vurğuladı.

Koronavirusun müxtəlif xalqları təsiri altına aldığı xatırladılan açıqlamada, bununla mübarizədə əməkdaşlıq mexanizmlərinin daha çox gücləndirilməli olduğunu və göstəriləcək səylərin artırılması gərəkdiyi qeyd edildi.

Amerikanın Əl-Hurra televiziya kanalı New York Times qəzetindən verdiyi xəbərə  görə, Hindistanın Səhiyyə Nazirliyinin Kovid-19-un  yayılmasında müsəlmanları təqsirli görməsi səbəbiylə  ölkədə  çapında müsəlmanlara qarşı hücum və zorakılığın artdığını bildirdi.

Hindistan mediasının verdiyi açıqlamalarda, ölkədə 16.365 Kovid-19 hadisəsinin olduğu və onlardan 521-nin öldüyü bildirilir.

Təqribən bir milyard yarım  əhalisi olan Hindistanın 200 milyonu müsəlmandır.

Mənbə: YeniAkit

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 1 dəfə.

Tərlan Lətifov

Read Previous

Allah yolunda çəkilən xərclər

Read Next

ABŞ-DA VİRUSLA MÜBARİZƏDƏ HZ. MUHAMMƏDİN HƏDİSLƏRİ