• 26 Noyabr 2020

Dünya sıxıntılarının sovuşması üçün dua

Həzrət Əlinin (Allah ondan razı olsun) dünya sıxıntılarının sovuşması üçün etdiyi münacat

بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ
اَللَّهُمَّ إنِّي أَسْألُكَ يَا عَالِمَ الْخَفِيَّةِ يَا مَنْ السَّمَاءُ بِقُدْرَتِهِ مَبْنِيَّةٌ يَا مَنْ الاَرْضُ بِعِزَّتِهِ مَدْحِيَةٌ وَيَا مَنِ الشَّمْسُ وَالْقَمَرُ بِنُورِ جَلَالِهِ مُشْرِقَةٌ وَمُضِيئَةٌ وَيَا مُقْبِلًا عَلَى كُلِّ نَفْسٍ زَكِيَّةٍ وَيَا مُسْكِنَ رُعْبِ الْخَائِفِينَ وَأَهْلِ الْبَلِيَّةِ وَيَا مَنْ حَوَائِجُ الْخَلْقِ عِنْدَهُ مَقْضِيَّةٌ وَيَا مَنْ نَجَّي يُوسُفَ عَلَيْهِ السّلَامَ مِنَ الْعَبْدِيّةِ وَيَا مَنْ لَيْسَ لَهُ بَوَّابٌ يُنَادَى وَلَا صَاحِبٌ يُغْشَى وَلَا وَزِيرٌ يُؤْتَي وَلَاغَيْرُهُ رَبٌّ يُدْعَى وَلَا يَزْدَادُ عَلَى كَثْرَةِ الْحَوَائِجِ إِلَّا كَرَمًا وَجُودًا أَنْ تُصَلِّي عَلَى سَيِّدِنَا مُحَمَّدٍ وَأَلِهِ، وَتُعْطِيَنِي سُؤْلِي إِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ يَا حَيُّ يَا قَيُّومُ يَا أَرْحَمَ الرَّاحِمِينَ

Rəbbim! Açıq-gizli bütün işləri görən və bilən Uca Allahım! Yenə hüzurundayım və Sənə yalvarıram. Allahım! Səma Sənin qüdrətinlə ucalmış, yer Sənin izzətinlə yayılmışdır. Yeri-göyü aydınladan Günəş və Ay da işıqlarını Sənin nurundan almışdır.
Ey hər zaman tərtəmiz ruhları lütf və ehsanlarıyla sevindirən, təqva yamaclarında yaşayan könül ərlərinin əndişələrini aradan qaldıran və bəndələrinin ehtiyaclarını ən münasib şəkildə yerinə yetirən Sultanlar Sultanı! Ey Yusif Peyğəmbəri köləlikdən qurtaran Ululardan Ulu Rəbbim! Sən uca sultansan, dərgahında qapıçı durmaz.  Sənin bir qapıçıya ehtiyacın da yoxdur. Sən bir vəzirə, bir yardımçıya da əsla möhtac deyilsən. Bütün kainat Səndən başqa bir rəbb olmadığını və Sənin əl açıb yalvarılan yeganə məbud olduğunu müxtəlif dillərlə aramsız hayqırmaqdadır.
Ya Rəbb! Gözünü qapından ayırmadan dərgahın önündə gözləyən və durmadan əl açıb yalvaranlar Səndən ancaq lütuf və ehsan görərlər. Allahım! Sənin gücün hər şeyə çatar. Nə olar, Həbibin Həzrət Məhəmməd, Onun əhli-beyti və əshabı hörmətinə bizi də diləklərimizə qovuşdur! Amin!

Mənbə: meneviyyat.az