• 25 Sentyabr 2020

Həzrəti Peyğəmbərin Hədislərində Karantin Qaydaları

Karantin — xəstəliyə yoluxduğu şübhəli bilinən insan və ya heyvanları müəyyən bir ərazidə xəstəliyin yayılmaması üçün saxlanılmasıdır. Sözün kökü italyancadan gəlir. “qırx” (40) mənasını verir.

Aləmlərə rəhmət olaraq göndərilən Həzrət Peyğəmbər  on dört əsr bundan öncə yoluxucu xəstəliklər qarşısında almış olduğu bəzi tədbirlər, söyləmiş olduğu Hədislərlə, karantin  qaydalarının  nə qədər əhəmiyyətli olduğunu göstərmişdir.

Hz. Peyğəmbər bir yerdə vəba xəstəliyinin  baş verdiyini eşidənlərə oraya getməmələrini  əmr etmiş və əgər bu xəstəlik onların  yaşadığı yerlərdə görünərsə, qaçmaq məqsədiylə oranı tərk etməmələrini söyləmişdir.[1] Eyni zamanda , cüzzam xəstələrindən uzaq durulmasını  istəyən Allah Rəsulu (Buxari, “Ṭib”, 19),  Mədinəyə beyət etmək üçün gəlməkdə olan  Sakif qəbiləsi içərisində cüzzamlı bir xəstənin  olduğunu eşitdikdə geri qayıtmasını istəmişdir və beyətinin qəbul edildiyini  söyləmişdir[2]  Hz. Peyğəmbər həmçinin xəstə heyvanların sağlam heyvanlardan ayrı saxlanılmasının vacib olduğunu bildirmişdir[3]. Xilafəti dövründə Suriya bölgəsinə getmək üzərə yola çıxan Hz. Ömərə Bölgədə  vəba epidemiyasının olduğu bildirilincə   geri döndüş; Və soruşulduqda  “Allahın qədərindən mi qaçırsan?” deyənlərə “ Allahın qədərindən  yenə Onun qədərinə sığındığını söyləmişdir.[4] Üməyyə xəlifəsi birinci  Vəlid, inşa etdirdiyi xəstəxanada cüzzamlıların təcrid edilməsi üçün tədbirlər görmüş və onların baxımı və müalicəsi üçün pul ayırmışdır.[5]

Bunlarla yanaşı Türkiyənin sabiq Diyanət İşlərin  Başqanı Professor Mehmet Görməz Qatıldığı bir televizor proqramında Hz. Peyğəmbərdən mövzuyla əlaqəli  bəzi hədislər nəql etmiş, İslam coğrafiyasında  Müsəlman idarəçilərin almış olduğu bəzi tədbirlərdən danışmışdır.

Hz Peyğəmbər  buyurur ki  “ yolxucu xəstəliyə tutulan bir kimsəni  qətiyyən sağlam başqa bir kimsənin yanına soxmayın” 

Korona virusdan daha dəhşətli epidemiyalardan biri olan Yustinian vəbası Hz Peyğəmbərin vəfatından təqribən  otuz il öncə meydana gəlmişdir. Tarixdə məşhur olan bu  ölumcül xəstəlik  Həzrəti Ömər vaxtında İslam coğrafiyasını geniş şəkildə əhatə etmişdir. İçərisində Məşhur Səhabələrin də olduğu iyirmi beş min nəfərin olduğu bir ordu bu xəstəlikdən  həlak olmuşdur. Hz. Ömərin Vali olara  təyin etdiyi Amr bin As  bu bölgəyə gəldikdə  Vəba xütbəsi vermişdir. xütbəsində “ ey insanlar bu vəba atəşdir. Bu atəşin odunu da sizlərsiniz. Bu atəşi odunsuz buraxacaqsınız.  Mümkün qədər dağlara qaçın bir-birinizdən uzaq durum”. Şamda bölgəsində,   Amr bin As gəlmədən öncə müsəlmanlar  yağış duası kimi toplu şəkildə  Vəba duasına çıxmışlar. Amr gəldikdən  sonra soruşar ki,   bu duaya çıxmazdan əvvəl gündə neçə nəfər ölərdi bu duadan sonra neçə nəfər? Oradakılar da cavab verərlər ki duadan öncə  qırx nəfər ölərdi duadan sonra gündə  min nəfər.  O zaman  dərhal  bir-birinizdən mümkün mərtəbə uzaq duracaqsınız deyərək insanlar arasındakı sosyal məsafənin əhəmiyyətinə önəm vermişdir.

Mənbə: https://islamansiklopedisi.org.tr/karantina


[1] Buxari, “tib”, 30; Müslim, “Salam”, 92-100

[2] Müslim, “Salam”, 126; İbn Macə, “”Tib”, 44

[3] Müslim, “Salam”, 104-105; Əbu Davud, “Tİb”, 24

[4] Buxari, “Tib”, 30; Müslim, “Salam”, 98-100; Təbəri, IV, 57-58

[5] Taberî, VI, 437; Makrîzî, II, 405

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 10 dəfə.

Tərlan Lətifov

Read Previous

YAPON GƏNC BU SƏBƏBDƏN MÜSƏLMAN OLDU

Read Next

ilahiyyatçı-yazar Ömer Döngeloğlu vəfat etdi.