• 23 Sentyabr 2020

MEHMET GÖRMEZ: BARMAQLAR DA ORUC TUTMALIDIR

“Vizuallaşan dünyada yeni bir oruc növünə ehtiyac var: barmaqlarımıza oruc tutdurmaq”. İslamveirfan.com xəbər verir ki, bu sözləri Türkiyənin sabiq Diyanət işləri başqanı Mehmet Görmez deyib.

Görmez yerli mətbuata verdiyi müsahibədə bildirib ki, ekranlara məhkum olmaq bəşəriyyətin idrak dünyasını öldürür:

“…Vizuallaşan dünyada yeni bir oruc növünə ehtiyac var: barmaqlarımıza oruc tutdurmaq. Çünki köhnə kitablar dilə oruc tutdurmaqdan bəhs edir. Amma biz indi xor görməyi, sataşmağı, hətta bəzən təhqiri və söyüşü yazılarla ifadə etməyə başladıq.  

Texnologiyanın inkişafı ilə vizual ekran dünyası quruldu. Qurub-yaratmaq öhdəliyi olan insan, düşünən canlı olan insan bu ekranların qarşısında passiv bir tamaşaçıya çevrilmişdir. Bunun nəticəsində biz itiririk. Qazandırdıqları da var, amma itirdiklərimiz üzərində düşünməliyik. Ekranın qarşısına məhkum olmaq bəşəriyyətin idrak səviyyəsini dəyişdirir…”  

islamveirfan.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 15 dəfə.

Müşfiq Xəlilov

Read Previous

TÜRKİYƏDƏ CÜMƏ NAMAZININ TARİXİ AÇIQLANDI

Read Next

Ərəb dili dərsləri – doqquzuncu dərs (2)