• 26 Aprel 2024

Peyğəmbərimiz (səv)-in iftarı

Peyğəmbər əfəndimiz (səv), iftar edərkən xüsusi bir yemək axtarmaz, heç bir yeməyin arasında fərq qoymaz, süfrədə nə varsa onunla iftar edərdi. Onun iftar süfrəsi, lüks ve israfdan uzaq, son dərəcə sadə idi. Mədinədə Peyğəmbər əfəndimiz (səv)-in yanında böyüyən Enes b. Malik (ra), Rasulullah (səv)-in iftarını belə nəql etmişdir: “Rasulullah (səv) axşam namazını qılmadan əvvəl bir neçə ədəd təzə xurma ilə, əgər təzə xurma yoxdursa quru xurma ilə əgər quru xurma da yoxdursa su ilə orucunu açardı”.

Peyğəmbər əfəndimiz (səv), iftar edərkən əllərini açarak belə dua edərdi:

اللَّهُمَّ لَكَ صُمْتُ وَعَلَى رِزْقِكَ أَفْطَرْتُ

“Allahummə ləkə sumtu və alə rızqıkə əfdartu. (Allahım! Sənin rizan üçün oruç tutdum və sənin verdiyin ruzi ilə orucumu açdım.)”

Səhl ibni Sad (ra)-ın rəvayət etdiyinə görə Rasulullah (səv) belə buyurdu: “İnsanlar iftar etməyə tələsdikləri vaxt xeyir üzərə olurlar.” (Buxari, Savm: 45, Müslim, Sıyam: 48, Muvatta Sıyam: 6, Tirmizi Savm: 13)

İmam Malik, Abdulkərim ibni Əbi Muharikin belə söylədiyini eşitmişdir: “Peyğəmbərlik xüsusiyyətlərindən biri də iftarı tezləşdirib, sahuru da gecikdirməkdir”. (Muvatta, Kasrus Salat: 46)

İftar vaxtı çatanda Peyğəmbərimiz (səv) iftarını heç gecikdirməz, tez orucunu açardı. Qudsi bir hədisdə belə buyurulur: “Qullarımdan mənə ən sevimli olanı, iftarda ən çox tələsəndir.” (Tirmizi savm 13)

Deyləminin Enes ibni Malik (ra)-dan rəvayət etdiyi bir hədisdə Resulullah (sav) orucun rahat yolunu tövsiyə edərək belə buyurmuşdur: “Dört şeyi yerinə yetirən kimsə orucu çox rahat tutar: İftarı su ilə açmaq, sahuru tərk etməmək, günorta istirahətini tərk etməmək, gözəl ətir istifadə etmək.” (Ramuzul-Ehadis 957)

Read Previous

Təqva Məktəbi – Ramazan

Read Next

RAMAZAN BİR İMKANDIR